Futbol üzrə dünya çempionatında tətbiq edilən Video Köməkçi Hakim (VAR) qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq.
Elchi.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasınım texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında bildirib:
“Yeniliklər olacaq. AFFA Hakimlər Komitəsi də bununla bağlı prezidentasiya hazırlayıb. İkinci sarı vərəqə və küncdən zərbə zamanı mübahisəli epizodlarda VAR-a müraciət oluna biləcək. Bununla bağlı klublarla da müzakirələrimiz olub”.





















