Azərbaycanın Türkiyədəki səfirliyində, baş konsulluq və konsulluqlarındakı dövlət bayrağımız yarıyadək endirilib.
Bu barədə Elchi.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu göstərmək üçün belə bir addım atdığı vurğulanıb.
Qeyd edək ki, son məlumata görə, Türkiyədə 6 fevralda baş verən zəlzələlər nəticəsində 6234 nəfər həyatını itirib, 37 011 nəfər isə yaralanıb. Ölkədə yeddi günlük ümummilli matəm elan edilib.