Azərbaycanın ixrac dinamikası yüksəldi – Nazir

131

Azərbaycanda bu ilin yanvar-aprel aylarında xarici ticarət əlaqələrində müsbət dinamika müşahidə olunub.

Elchi.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında paylaşım edib.

M.Cabbarov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında idxal 31,1 faiz artaraq 5.297,9 mln. dollar, ixrac isə 6,4 faiz artaraq 12.584,8 mln. dollar olub.