Türkiyə Səudiyyə Ərəbistanındakı müqəddəs Məkkə şəhərini hədəf alan Husi hücumunu sərt şəkildə pisləyib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Müqəddəs Məkkə şəhərinə qarşı pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilən Husi hücumunu sərt şəkildə pisləyirik”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. “Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyimizi bir daha təsdiqləyir və bu ölkə ilə həmrəyliyimizi ifadə edirik”.
Ankara həmçinin qeyd edib ki, bu cür hücumlar bütün region üçün təhlükəsizlik təhdidi yaradır və onların dərhal dayandırılmasına çağırıb. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz bir daha regional sabitliyi və təhlükəsizliyi də təhdid edən bu hücumların dərhal dayandırılmasına çağırır və gərginliyi daha da artırmağa yönəlmiş hər hansı hərəkətdən çəkinməyə dəvət edirik”.
Yeganə





















