Azərbaycan hərbçiləri I Qarabağ müharibəsində Monte Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv ediblər

🗓 05.08.2014 20:14 ✍️ "Elçi" qəzeti
43 yaşlı Aram Qriqoryan avqustun 4-də Murovdağ istiqamətində öldürülübdcf27eb13f82eaf402536f927453edab
 

 Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.

 APA-nın “news.am”  saytına istinadən verdiyi məlumata görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.

 Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.

 Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.

 

Bənzər yazılar