"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Ayan: “Məktublardan bezmişəm” – Fotolar

24 Sentyabr 2014 - 00:42
in ŞOU
FacebookVatsap

“Bizneslə məşğul olmaq istəyərdim. Allah qismət eləsin, bu arzumu reallaşdırım. Fikirləşmişəm ki, publika.az14114867831411471233adımı daşıyan ya butik, ya da modalar evi açım. Orada satılan mallar da məhz Ayan adı altında alıcılara təqdim olunsun”.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Bu sözləri Tabloid.az-a müsahibəsində müğənni Ayan Babakişiyeva deyib. Hazırda başı yaradıcılığı ilə yanaşı, qızı Selenaya qarışan müğənni bizimlə söhbətində bu və digər suallarımızı da cavablandırdı. Beləliklə, buyurub, oxuya bilərsiniz:

– Hazırda bir sıra yaradıcılıq işləri ilə məşğulam. Yeni mahnılar və klip çəkilişim olacaq. Məni sevənləri təəccübləndirəcəyəm. Lap az qalıb, səbirli olun (Gülür).

– Ayan, yerli sənət aləmində kimləri özünüzə kumir sayırsınız?

– Birinci özümüzünkülərdən başlamaq istərdim. Sevimli aktyorlarım xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafovdur. Onlar heç də Hollivud ulduzlarından geri qalmırlar. Heç kimə sirr deyil ki, Hollivud aktyorlarına külli miqdarda sərmayə qoyulur. Buna görə də onlar yaradıcılıqda öndə gedirlər. Həmin sərmayələr bizim kino çəkilişlərimizə, layihələrimizə qoyulsa, uğur əldə etmək olar. Bizim əksər müğənnilərin güclü potensialı var, bunu danmaq olmaz. Bu arada, Hollivud aktyorından Riçard Giri çox bəyənirəm. Hətta onun cizgilərini əməkdar artistimiz Ədalət Şükürova bənzədirəm. Bəlkə elə ona görə də Ədalətin xətrini bu qədər çox istəyirəm.

– Yeri gəlmişkən, dünya şou-biznes və kino aləmində ulduzlar öz peşələrindən kənara çıxmağa cürət edirlər. Onlar maraqlı layihələrə imza atır, sosial xarakterli aksiyalarda fəal iştirak edirlər. Siz necə, bu haqda düşünmüsünüz?

– Mən hər zaman istər yerli, istərsə də dünya şou-biznesində baş verən yenilikləri diqqət mərkəzində saxlayıram. Onlarda layihələrə qoyulan sərmayə, biznesə baxış tamam fərqlidir. Bizdə sadaladıqlarım ümumiyyətlə, yox dərəcəsindədir. Mənim çox gəlirim olsaydı, Rusiya şou-biznesində qoyardım. Bilərdim ki, layihəm istənilən effekti verəcək. Bilirsiniz ki, mən  toylara çox getmirəm. Özüm istəmirəm ki, toy müğənnisinə çevrilim, toyların üstündə müğənnilərlə bir-birimizi qıraq, elə işlərdən xoşum gəlmir.

Sosial xarakterli layihələrə gəlincə, heç vaxt özümü reklam etməyi xoşlamamışam. Bacardığım qədər xeyirxah işlərlə insanlara yardım etmişəm. Hətta bir neçə ailə var ki, onlara əl tuturam.

– Aylıq gəliriniz nə qədərdir?

– Aylıq gəlirim stabil deyil. Ona görə də konkret qiymət açıqlamaq istəmirəm.

– Qadınlar özlərinə qarşı çox əliaçıqdırlar.  Bahalı geyimlər, kosmetik vasitələr, akssesuarlar… Müğənni Ayan pulu daha çox nələrə xərcləyir?

– Hansı ölkədə oluramsa geyim dükanlarını ələk-vələk edirəm. Elə Bakının özündə də. Geyimimə çox pul xərcləyirəm. Amma o qədər də bədxərc deyiləm. Gəlirimi-çıxarımı çox yaxşı bilirəm.

– Məsələn, ən bahalı dodaq boyanızı neçəyə almısınız?

– Baxır, hansı brend, hansı markadır. Dodaq boyasını “Dior”dan və “Mac”dan alıram. Ümumiyyətlə, kosmetik vasitələrdən aldığım ən bahalısı ətir olub. Həmin ətrin adını çəkəndə, xanımların çoxu bahalı olduğundan tanımır. Həmin ətrin qiyməti 450 avro olub. Onu da xarici ölkələrdən birindən almışdım. Xatirimdədir, bir dəfə 150 avro qiyməti olan dodaq boyası almışdım.

– Pul xərcləyəndə əlləriniz əsmir?

– Yox, özümə qıyıram. Amma qazandığım pulun qədrini də bilirəm.

– Sosial şəbəkələrdə aktivsiniz. İnternet asılılığından əziyyət çəkmirsiniz?

-“Facebook”-da və “İnstagram”da varam.  Onu da deyim, ora gələn bəzi məktublardan elə yorulmuşam. Bəzən aralarında sərhədi aşan məktublar da olur. Amma deyim ki, hansısa məlumatı “Facebook”-da daha tez bilmək olur. İnternet asılılığından əziyyət çəkmirəm. Düşünürəm ki, internetdən səmərəli istifadə etmək lazımdır. Məsələn, maraqlı əsərlərin oxunması və ya ölkədə və dünyada baş verən yenilikləri xəbər portallarından oxumaq kimi…

– Ayan, xoşladığınız avtomobil modeli hansıdır?

– Özümə yarım milyon və ya bir milyonluq maşın arzulamıram… İdarə etdiyim avtomobilin çox komfortlu olması mənim üçün önəmlidir. Özüm xırda və çox incə xanım olsam da, sevirəm ki, avtomobilim böyük olsun. “Bentley”, “Rols rois”, “Bugatti” və “Ferrari” avtomobillərini çox sevirəm. Təbii ki, bu maşınlar çox baha olduğuna görə heç vaxt məndə olmayacaq.

– Yemək bişirməyi bacarırsınız?

– Dadlı dolma, aş bişirirəm. Əl qabiliyyətim çox yaxşıdır. Mətbəxlə də aram əladır, amma günümün çox az hissəsini orada keçirirəm. Yeri gəlmişkən, qurmanam, dadlı yeməkləri çox sevirəm. Sizə deyim ki, köklüyə meyilli xanımam. Məhz buna görə də özümü formada saxlamağa çalışıram. Xanımlara məsləhət görürəm ki, axşam saat altıdan sonra qəti şəkildə qidadan imtina etsinlər. Daha çox meyvə-tərəvəzə üstünlük versinlər. Səhər yeməyini mütləq yemək lazımdır. Səhər yeməyindən heç kim kökəlmir. Çünki səhərlər qəbul olunan qida enerjiyə çevrilir. Yemək yeməyi də, hazırlamağı da çox yaxşı bacarıram. Yeri gəlmişkən, xörək hazırlamağı anamdan öyrənmişəm. Hətta sənətçilərdən də bir neçə adam var ki, anamın gözəl əl qabiliyyətinin olmasına şahiddirlər. Anam gəncəli olduğuna görə dadlı yeməklər bişirir.

– Gəncə dovğası bişirə bilirsiniz?

– Əlbəttə, bişirə bilirəm. Bilirsiniz, mən həmişə doymağı bacara bilən insanam. Bunu tək qida ilə əlaqələndirmək olmaz. Bir çox arzularım var ki, onların həyata keçməsində də səbir nümayiş etdirirəm. Məsələn, bahalı avtomobil arzusundayam, amma mənə ucuzu qismət olur. Bununla mütləq kifayətlənirəm. Heç vaxt düşünməmişəm ki, kimdənsə artıq olum.

– Selenanı böyütməkdə çətinlik çəkmirisiniz ki?

– Qızım nəfəsimdir, yaşamaq həvəsimdir. Analıq çox qeyri-adi, müqəddəs hissdir. O hissi dadmaq lazımdır. Yalnız ondan sonra həmin hisslərin gözəlliyini başa düşmək olar. Maşallah, Selenam böyür. Onun sağlam böyüməsi üçün əlimdən gələni əsirgəmirəm. Anam, qardaşım hər zaman mənə dəstək olurlar.

QEYD:  “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

 

 

Previous Post

Ayan: “Məktublardan bezmişəm” – Fotolar

Next Post

” Azərbaycan kamançası bütün dünyada sevilir” – Arslan Həzrəti

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

" Azərbaycan kamançası bütün dünyada sevilir" - Arslan Həzrəti

" Azərbaycan kamançası bütün dünyada sevilir" - Arslan Həzrəti

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.