"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“AXCP əzilənin yanında və zülmün qarşısında olacaq”

21 Oktyabr 2015 - 21:19
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Avropalılar “Patriot” raketlərini Ukraynaya verməkdən İMTİNA ETDİLƏR

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Razi Nurullayev: “Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz” “AXCP-yə axın çoxalacaq” AXCP-nin Etimad Qurultayı tarixə çevrildi. Cəbhəçilərin yüksək fəallığı ilə keçən izdihamlı qurultay cəmiyyətə bir sıra mesajları və demokratiyaya verdiyi töhfələrlə yadda qaldı. Cəbhəçilər Əli Kərimlinin partiyanı saldığı siyasi dalandan çıxara, xalqın müxalifətə olan inamını, etimadını bərpa edə biləcəkmi? Bu və digər suallarla bağlı AXCP sədri Razi Nurulayevin fikirlərini öyrəndik.  Razi bəy cəbhəçilərin 18 oktyabrda yeni tarix yazdığını deyir:

– Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı artıq bir tarixə çevrildi, biz AXCP-ni yenidən qurmuş olduq. Daha doğrusu onun saflığını, səmimiyyətini özünə qaytardıq. Təbii ki, ictimai rəy bunu qəbul etdi, çoxsaylı təbriklər aldıq. İnsanlar 15-20 il bundan öncəki siyasi ab-havanı qaytardığımıza görə də bizə təşəkkür etdilər. Ona görə də demək istəyirəm ki, biz, yeni bir tarix yazdıq deməklə heç də mübaliğəyə yol vermədik. Bu yeni tarix inşallah yaxın zamanlarda da özünün məntiqi sonluğuna çatacaq. Güclü bir partiya ortaya qoyacağıq və köhnə hərəkatçıları, cəbhəçiləri də öz yanımızda görmək istəyirik. Bu prosesin ardı kimi artıq Əli Kərimlinin yanında qalan digər saf cəbhəçilər də gəlib bizə qoşulacaqlar.

– Xalqın müxalifətə, o cümlədən AXCP-yə itən etimadını bərpa etmək mümkün olacaqmı?

– Təbii ki, Əli Kərimli dönəmindən sonra AXCP-nin nüfuzu çox zəifləyib. Onun nüfuzuna, siyasətinə çox ciddi zərbə dəyib. Apardığımız siyasət müəyyən mənada Əli Kərimlinin apardığı yarıtmaz siyasətin yaratdığı fəsadların aradan qaldırılmasına, düzgün siyasətin bərpasına yönəlib. Uğurlarımız da kifayət qədərdir. 2 ay ərzində 1200 nəfərdən artıq insanın iştirakı ilə keçirilən qurultay cəmiyyət üçün çox ciddi bir mesaj oldu. Çünki indiki zamanda 10 nəfər insanı bir yerə yığıb tədbir keçirə bilməyən partiyalar var. Bu baxımdan hesab edirəm ki, cəmiyyətin elə ilk gündən etimad qurultayına münasibəti yaxşı oldu və qurultay zamanı da bu, özünü büruzə verdi. Qurultayda gözü yaşaran insanlar var idi. Mən, hesab edirəm ki, bizim işlərimiz, səmimiyyətimiz, insanlarla təmasımız artdıqca, AXCP-yə axın çoxalacaq və onun nüfuzu da özünə qayıdacaq. Çünki biz, məhz Rəsulzadə-Elçibəy ideyaları, məfkurəsi üzərində AXCP-ni yenidən şəkilləndirmək niyyətimizi bəyan etmişik və bu yöndə iş gedir.

– Milli Şura fəaliyyətə başlayanda bu qurum Rusiyanın bir layihəsi kimi təqdim olundu. Əli Kərimlinin də burada təmsil olunması AXCP-nin Qərbdən üz çevirib Rusiyameylli siyasət yürütməsi kimi fikri gücləndirdi. Azərbaycan xalqının böyük əksriyyətini Qərbyönümlü olmasını nəzərə alsaq, bu addım xalqda AXCP-yə olan etimadı daha da zəiflətdi…

-Təbii ki, Milli Şuranın Rusiyameylli olması bu təşkilatın üzərinə qoyuldu. Mən, bununla bağlı qəti bir fikir söyləmək istəmirəm. Sadəcə onu bilirəm ki, Milli Şura istər qərbpərəst, istərsə də Rusiyapərəst olsun heç bir fərq etməz. Əgər orada Əli Kərimli varsa, onda heç bir inkişafdan söhbət gedə bilməz. Çünki Əli Kərimli olan yerdə ancaq intriqa, dedi-qodu və başqalarını ləkələmək cəhdləri var. Bu baxımdan mən, düşünürəm ki, Milli Şuranın taleyi elə Əli Kərimli ora gələn gündən bəlli olmalı idi. Milli Şura və Əli Kərimlinin təmsil etdiyi qanad da, hər zaman qərbyönümlü siyasət yürütməyi bəyan ediblər, amma bu istiqamətdə konkret heç bir əməl yoxdur. Yalnız bəyanatlar verməklə kifayətləniblər. Amma AXCP-nin tarixində ilk dəfə olaraq biz o cəsarəti tapdıq və partiyanın nizamnaməsinə dəyişiklik etdik. Dəyişiklik də Avrointeqrasiya ilə bağlıdır. Biz ora Avrointqerasiya ilə bağlı müddəa əlavə etdik. Artıq Avropaya inteqrasiya, Azərbaycanın qərbyönümlü olması, Qərblə dostluğumuz AXCPnin nizamnamə tələbidir. Amma Əli Kərimli bu cəsarəti özündə tapmamışdı.

– Digər partiyalarla müttəfiqlik məsələsinə necə baxırsınız. AXCP hansı partiyalarla əməkdaşlıq etmək niyyətindədir? Bundan sonra koalisiyalar, bloklar yaranarsa orada təmsil olunmaq planları varmı?

– Təbii, biz hesab edirik ki, hazırda Azərbaycanda ən güclü siyasi qurumlardan biriyik, bəlkə də ilkiyik. Bu baxımdan, biz özümüz də müəyyən siyasi bloklar yaratmaqla bağlı danışıqlar aparacağıq. Azərbaycanın inkişafına, ölkənin işıqlı gələcəyinə yönəlik bütün siyasi addımları dəstəkləyəcəyik. Bizdən kənarda yaranmış və Azərbaycanın gələcəyini düşünən, dövlətçiliyimizə, Azərbaycan insanına xidmət edə biləcək siyasi qurumlara qoşula və əməkdaşlıq edə bilərik. Hazırda bununla bağlı rəhbərlkdə danışıqlar gedir. Bu məsələ ilə bağlı bu il və gələn il ciddi qəraralar qəbul olunacaq.

– Partiyanın mitinqlərə münasibəti necədir? Bundan sonra ölkədə yaranmış hər hansı bir durumla bağlı mitinqlər təşkil etməyi düşünürsünüzmü?

– Biz, ümumiyyətlə yalançı qəhrəmanlığın əleyhinəyik. Hazırda işləyirik, bütün haqsızlıqlara və ədalətsizliyə qarşıyıq və qarşı olacağıq. Hər zaman əzilənin yanında və zülmün qarşısındayıq. Amma bununla bərabər göstəri, şou xatirinə heç bir mitinqdə iştirak etmək və elə bir mitinq düzənləmək fikrində deyilik. Xalqla işləyirik və xalqın müqavimət hərəkatını yaratmaq niyyətindəyik. Biz, buna hazır olan zaman və xalqın bizə, həmçinin siyasi proseslərə inamını bərpa edəndən, xalqın müqavimət hərəkatında iştirakına əmin olandan sonra təbii ki, siyasi aksiyalara başlayacağıq. İddiamız böyükdür. Biz, Azərbaycanda hakimiyyət dəyişikliyi və normal iqtidarın olmasını istəyirik. Azərbaycanda hakimiyyətin bir partiyanın monopoliyasından çıxarılmasında maraqlıyıq və bunda israrlıyıq. Bu baxımdan təbii ki, biz, zamanzaman gücləndikcə, bu məsələlər öz yerini tapacaq. Hədəflərimizi də bəlli və aydın şəkildə xalqa çatdıracağıq.

– Parlament seçkilərindən sonra ölkənin əsas siyasi hadisəsi prezident seçkiləri olacaq. Bu proseslə bağlı planlarınız necədi, AXCP prezident seçkilərinə qatılacaqmı?

– Biz çox gözəl start götürmüşük. Bu gün siyasətin ölü, məhv olmuş bir zamanında 1200 nəfərdən artıq insanla, cəbhəçilərlə möhtəşəm, səsli-küylü bir qurultay keçirə bildiksə, təbii ki iddialı olmalıyıq və 2018-ci ili Azərbaycanda dəyişiklik ili kimi də qələmə vermək niyyətindəyik. Təbii ki, Prezident seçkisinə qatılacağıq. Düşünürəm ki, 2018-ci ilə qədər xalqın qırılmış inamını bərpa edərək, güclü formada qatılacağımız prezident seçkilərində xalqımıza sürpriz edəcəyik.

– Ölkədəki son durum və siyasi proseslərə münasibətiniz necədir?

– Təbii ki, hazırda ölkədə çox ciddi siyasi proseslər baş verir. Son zamanlar iqtidar dairəsində atılan addımlar, milli təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi, bununla bərabər bir çox insanın həbs olunması, iqtisadiyyat sahəsində ciddi problemlərin olması, bankların çökmə mərhələsinə gəlib çatması, büdcədə kifayət qədər çatışmazlıqların meydana gəlməsi, ölkədə maliyyə qıtlığı və.s siyasi-iqtisadi problemlərin carçısıdır. Bunlar da illərlə yığılan problemlərdir. Hazırki iqtidar bu problemlərə göz yumub, vaxtında həll etməyib. Eyni zamanda bu hakim qüvvənin kifayət qədər zəiflədiyinin göstəricisidir. Bu, kifayət qədər problemli idarəetmənin təzahürüdür. Bu baxımdan biz bu məsələləri çox yaxından izləyirik və hesab edirik ki, ölkədə çox ciddi siyasi islahatlara ehtiyac var ki, iqtisadi islahatların da həyata keçirilməsi mümkün olsun. Bu gün İlham Əliyev müəyyən iqtisadi problemlərin həllinə çalışır. Amma bütün bu iqtisadi problemlərin arxasında siyasi problemlər dayanır. Ona görə də, birinci islahatlar siyasi sahədə həyata keçirilməlidir ki, iqtisadi sahədə problemlər də həll olunsun. Biz, gözləyirik ki, Azərbaycan iqtisadiyyatını, siyasətini bu günə salanlar məsuliyyətə cəlb edilsinlər.

 

Previous Post

“AXCP əzilənin yanında və zülmün qarşısında olacaq”

Next Post

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

Bənzər yazılar

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif kollektiv müdafiə...

Avropalılar “Patriot” raketlərini Ukraynaya verməkdən İMTİNA ETDİLƏR

Avropalılar “Patriot” raketlərini Ukraynaya verməkdən İMTİNA ETDİLƏR

07 Avqust 2026 - 16:00

Avropa Birliyi (AB) ölkələri öz ehtiyatlarının tükənməsindən qorxaraq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini təhvil verməkdən imtina edirlər. Elchi.az xəbər...

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Next Post

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.