Avstraliyanın baş naziri Entoni Albanese Avstraliya vətəndaşı Culian Assanja qarşı ittihamları geri götürməyə çağırıb.
Elchi.az xəbər verir ki, Albanese ABC radiosuna müsahibəsində ABŞ və Britaniyanı Assanca qarşı ittihamları götürməyə çağırıb.
Ölkəsinin Assanjla bağlı mövqeyinin aydın olduğunu vurğulayan Albanese, “Bu işi bağlamaq vaxtıdır. Bəsdir. ABŞ rəhbərliyinə və İngiltərə hökumətinə müxalifətdəki fikirlərimin dəyişmədiyini izah etdim”,-deyib.
Albanese əlavə edib ki, hökumət problemi diplomatik kanallar vasitəsilə həll edir.
Şayəstə