Avstraliya hökumətinin Avstraliya Müdafiə Qüvvələrinin (ADF) Əfqanıstanda törətdiyi hərbi cinayətlərə görə həlak olanların ailələrinə təzminat ödəmək üçün danışıqlar apardığı açıqlanıb.
Elchi.az “The Guardian”-a istinadən xəbər verir ki, Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Marles Əfqanıstanda törədilmiş hərbi cinayətlər nəticəsində həlak olanların ailələrinə təzminat ödənilməsi barədə rəsmi orqanlardan məlumat alıb.
Marlesin sözçüsü, kompensasiya ilə bağlı çətinliklərin olduğunu, lakin hökumətin Brereton hesabatındakı tövsiyələri bacardığı qədər yerinə yetirməkdə qərarlı olduğunu söylədi.
Vurğulanıb ki, istintaqdan 2 il sonra zərərçəkənlərə təzminatların operativ ödənilməsi “Avstraliyanın mövqeyinin” yenidən qurulmasında mühüm əhəmiyyət kəsb edir.
Əfqan qurbanlarının ailələrinə təzminat ödənilməsi ADF-nin baş müfəttişi Paul Breretonun Əfqanıstanda törədilmiş müharibə cinayətləri ilə bağlı hesabatında yer alan tövsiyələrdən biri idi.
Şayəstə