Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişinə qayıtmasında oynadıqları rola görə Birləşmiş Millətlər Təşkilatına (BMT) və Türkiyəyə təşəkkürünü bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Borrell, sosial mediada etdiyi şərhdə, “AB, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtma qərarında oynadıqları rola görə BMT və Türkiyəyə minnətdardır.” ifadəsini işlətdi.
Ərzaqdan heç vaxt müharibə silahı kimi istifadə edilməməsi lazım olduğunu bildirən Borrell Rusiyanı qlobal ərzaq böhranına səbəb olmaqda günahlandırıb. Borrell böhranın qarşısının alınmasında taxıl ixracının həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Borrell bütün tərəfləri Qara dəniz taxıl dəhlizi sazişini yeniləməyə dəvət edib.
Rusiya oktyabrın 29-da Ukraynadan taxıl məhsullarının ixracına dair sazişi dayandırdıqlarını açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı taxıl ixracı üçün yaradılmış humanitar dəhlizdən istifadə etməkdə və Sevastopoldakı hərbi-dəniz bazasında Rusiya Qara Dəniz Donanmasının gəmilərinə və infrastrukturuna pilotsuz təyyarələrlə hava və dəniz hücumları həyata keçirməkdə ittiham edib.
Prezident Rəcəb Tayyib Ərdoğan dünən taxıl dəhlizinin əvvəlki kimi yenidən açıldığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi də “Moskva təminatları yetərli hesab edir və Rusiya administrasiyası taxıl sazişində iştirakını davam etdirəcək” deyib.
Şayəstə