Avstriya ordusunun hərbçiləri Türkiyədə zəlzələ zonasında xilasetmə işlərini müvəqqəti dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə Avstriya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Piyer Kuqelveys məlumat verib.
O bildirib ki, bölgədə silahlı qruplaşmalar arasında baş verən atışmaya görə belə bir qərar qəbul edilib:
“Bu cür hadisələr axtarış-xilasetmə işlərinə mane olur. Biz kömək etmək istərdik, amma vəziyyət belədir”.
P.Kuqelveys eyni zamanda vurğulayıb ki, Avstriya ordusuna qarşı heç bir hücum olunmayıb.
***
Avstriya hərbçiləri xilasetmə əməliyyatını bərpa ediblər.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusu xilasetmə kontingentinin mühafizəsini öz üzərinə götürüb.
Həmçinin oxuyun: