Avstriya ordusu Türkiyədə zəlzələdən xilasetmə işlərini dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə Avstriya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Piyer Kuqelveys məlumat verib.
O bildirib ki, bölgədə silahlı qruplaşmalar arasında baş verən atışmaya görə belə bir qərar qəbul edilib:
“Bu cür hadisələr axtarış-xilasetmə işlərinə mane olur. Biz kömək etmək istərdik, amma vəziyyət belədir”.
P.Kuqelveys eyni zamanda vurğulayıb ki, Avstriya ordusuna qarşı heç bir hücum olunmayıb.