"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Avə iki oğulun qətlə yetirilməsindən 16 il ötür

14 Yanvar 2015 - 09:12
in CƏMİYYƏT
FacebookVatsap

1999-cu ilin bu günü ekstrasens iki oğlu ilə birlikdə amansızcasına öldürüldüimg1722546AA

Bunu da oxuyun

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Bakıda külək nəticəsində 15 ağac sınıb

Yanvarın 14-də ekstrasens Etibar Erkinin ölümünün 16 ili tamam olur. Tanınmış ekstrasens, Azərbaycan Xalq Biliciləri və Ekstrasensləri İttifaqının sədri Etibar Erkin 1999-cu il yanvarın 14-də iki oğlu ilə öz mənzilində amansızlıqla qətlə yetirilib.

Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkin (Məmmədəliyev) 1948-ci il avqustun 3-də Qazax rayonunda anadan olub. 1971-ci ildə Politexnik İnstitutunu bitirib, 1980-89-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işləyib.
Mühəndis, rəssam, jurnalist, şairliklə yanaşı, irfani elmlərə də maraq göstərib. 1981-ci ildə Moskvadan Bakıya gəlmiş yoqların məsləhəti ilə SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunda akademik A.Spirkinin rəhbərlik etdiyi xüsusi qrupda təhsil alıb. Fövqəlduyum qabiliyyəti təsdiq edildikdən sonra o, 1989-cu ildə Azərbaycanda “İnsan və Elm Mərkəzi”ni yaradıb. Yaratdığı Xalq Biliciləri və Ekstrasensləri İttifaqının nizamnaməsində göstərilir ki, məqsəd Azərbaycanda qeyri-adi duyuma, ekstrasens qabiliyyətə malik olan şəxsləri, eləcə də bu sahəyə aid olan bilgiləri üzə çıxarıb, onların birgə fəaliyyətini həyati xidmətlərə yönəltmək və enerji informasiya mübadiləsi üzrə antiinsani, antihumanist təcrübələrə, cadugərliyə, sehrbazlığa qarşı mübarizə aparmaqdır.
Mərhum ekstrasensin xatirəsinə yazılan “Etibarın dünyası, dünyanın etibarı” (elmi məqalələri və proqnozları), Səbuhi Rəhimlinin “Böyük şərin düşməni”, Gülarə Munisin “İtkin” kitabları, Rita Odinokovanın – “İlahi mənbə” povesti yazılıb.
1999-cu il yanvarın 14-də E.Erkin və iki oğlu Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirilir. Qətlin “Ceyşullah” radikal dini qruplaşma tərəfindən törədildiyi elan olunur. E.Erkinin qətlinin əsas səbəbi də məhz onun görücülük qabiliyyəti və güclü parapsixoloq olması ilə bağlı idi. Ancaq mərhumun yaxınları bu versiyanı inandırıcı saymırlar. Vaxtilə E.Erkinin öldürülməsinin üstünü açmağa yaxın olan tanınmış kriminalist Rövşən Əliyevin qətlindən sonra bu barədə danışmaq çoxları üçün təhlükə mənbəyi görünür.
Ekstrasensin qətlinin “Ceyşullah” tərəfindən həyata keçirilməsi versiyası da ortaya atılıb. O zaman belə məlumatlar var idi ki, Etibar Erkini öldürən “Ceyşullah” dini təşkilatının üzvü ekstrasensi guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü elan edib. Həmin şəxs hazırda ömürlük həbsdədir və əfv olunmaq üçün bir neçə dəfə müraciət edib. Hazırda Azərbaycan həbsxanalarında “Ceyşullah”ın üzvü olan xeyli məhbusun cəza çəkdiyi bildirilir.
Daha sonra E.Erkinin qətlində Hacı Məmmədov qrupunun əli olması ilə bağlı versiyalar ortaya çıxsa da, bu günə qədər digər müəmmalı qətllərdə olduğu kimi bu işin də istintaqı ilə bağlı şübhələr qalır. Bu gün də ekstrasensin gerçək qatillərinin kimliyi sual altındadır. Keçmiş polis zabiti, akademik Ziya Bünyadovun qətlini araşdıran istintaq qrupunun üzvü Salman Əliyev AzadlıqRadiosuna müsahibəsində ekstrasensin qətli işinin Hacı Məmmədovla bağlayıb: “Etibar Erkini (Azərbaycan Ekstrasenslər Birliyinin sədri) götürək.
Bu adamı ”Ceyşullah”ın öldürdüyünü deyirlər. Ceyşullah Allahın qoşunu deməkdir. Bunların Etibar Erkinlə hər hansı problemi olubsa, onu istənilən vaxt və yerdə qətlə yetirərdilər. Amma Allahın adından hərəkət edən təşkilat onun iki oğlunu necə qətlə yetirə bilərdi? İkincisi, adətən qapını tanıdığına açırsan. Və ya polisə… Başqa məsələlər də var. Mən ikisini dedim sadəcə. Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlərin üslubu ilə Etibar Erkinin qətlə yetirilməsi üslubu yüzdə yüz üst-üstə düşür. Mən bu qətldə Hacı Məmmədovdan şübhə edirəm. Ola bilər “Ceyşullah”dan da iz itirmək üçün istifadə ediblər…”
Qeyd edək ki, bu il E.Erkinin 67 yaşı tamam olur. Bununla bağlı mərhumun yaxınları və dostları hər il olduğu kimi, bu il də anım tədbirləri həyata keçirməyi, mərhumun məzarının ziyarət olunmasını planlaşdırırlar.

 

Previous Post

Avə iki oğulun qətlə yetirilməsindən 16 il ötür

Next Post

Niyə məhz Paris…

Bənzər yazılar

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08

Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik...

Bakıda külək nəticəsində 15 ağac sınıb

Bakıda külək nəticəsində 15 ağac sınıb

07 Sentyabr 2026 - 20:06

Bu gün Bakıda külək nəticəsində 15 ağac sınıb. Bu barədə Elchi.az - a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib....

Binəqədi rayonu ərazisində yanğın baş verib

Binəqədi rayonu ərazisində yanğın baş verib

07 Sentyabr 2026 - 20:04

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verib. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat...

Next Post

Niyə məhz Paris...

Niyə məhz Paris...

Son xəbərlər

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.