"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Atamın meyitini bizdən gizlətmək istəyirdilər” — Əli Həsənovun nəvəsinin vurduğu piyadanın oğlu ilə MÜSAHİBƏ

09 Avqust 2017 - 16:27
in CƏMİYYƏT
FacebookVatsap

Avqustun 3-də Nail Allahverdiyevin idarə etdiyi və ona məxsus olan “Mercedes Gelandewagen” markalı avtomobilin paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətməsi nəticəsində həlak olan piyada Vaqif Əsədovun oğlu Ramiz Əsədov “Ölkə.Az” xəbər portalına müsahibə verib.

  Müsahibəsində R.Əsədov bir çox maraqlı məqamlara aydınlıq gətirib, sürücü Nail Allahverdiyevə layiqli cəza verilməsini istədiyini dilə gətirib, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edəcəyini söyləyib.

“Polisdə mənə dedilər ki, atanız rəhmətə gedib”

Bunu da oxuyun

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

– Atanızın ölümü barədə ilk haradan xəbər tutdunuz? 

– Polisdən öyrəndim. Qəza baş verən gecəsi atamı gözlədik, ancaq evə gəlmədi. O heç vaxt evə 12-dən gec gəlməzdi. Mən də gedib parka baxdım, tapa bilmədim. Daha sonra Polis İdarəsinə getdim. Orada mənə dedilər ki, atanız rəhmətə gedib.

“Əli Həsənov və ailəsindən heç kəs bizə başsağlığı verməyib”

– Qarşı tərəfdən sizə başsağlığı verilibmi, kömək edilibmi? 

– Bəli, atamın ölüm xəbərini öyrənəndən sonra Nazirlər Kabinetinin bir neçə vəzifəli şəxsi başsağlığı vermək üçün evə gəlmişdilər. Ancaq Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib, başsağlığı verməyib. Səhv etmirəmsə, Nail Allahverdiyevin ailəsindən də heç kəs bizə başsağlığı verməyib.

Bilirsiniz, atam harınlamış gəncin hərəkətlərinin qurbanı oldu. Əgər atam hər hansı gözlənilməz fəlakət nəticəsində dünyasını dəyişsəydi, bu bizi o qədər də yandırmazdı. Mən hər zaman demişəm ki, insanın başına gözlənilmədən hər şey gələ bilər. Misal üçün, insan yolla gedəndə başına nə isə düşə bilər, yolda hərəkət edən maşının təkəri partlaya bilər, həmin maşın da insanı vura bilər. Ancaq 240 km/saat sürətlə avtomobili idarə edərək, orta yoldan qıraq yola keçəsən və öz yolu ilə hərəkət edən piyadanın üzərinə çıxasan. Atamın 74 yaşı var idi, hər gün axşam parkda gəzirdi. Qəza olan da atam parkdan qayıdırdı.Yəni, bu böyük faciədir. Bu cür harın adamlar lazımı cəzalarını almasalar, onların qurbanları daha çox ola bilər. Mən Nail Allahverdiyevin layiqli şəkildə cəzalandırılmasını istəyirəm. Digər tərəfəndən isə mən özümün və ailəmin gələcəyinin sığortalanmasını istəyirəm. İstəmirəm ki, sabah oxşar hadisə mənim uşağımın da başına gəlsin.

“Bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm”

– Nail Allahverdiyev artıq həbs edilib. Bundan sonra nə tələbiniz var?

– Əsas tələbim Nailin layiqli cəza almasıdır. Tək Nail Allahverdiyevin deyil, bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm. Əgər bu gün biz bu hadisəyə sussaq və günahkarı bağışlasaq, sabah yenə də oxşar hadisələr təkrarlanacaq. Heç kəs deyə bilməz ki, sabah oxşar faciə ilə onlar üzləşməyəcəklər. Ona görə də biz bu hadisəyə susmalı deyilik, günahkarın cəzalandırılmasını tələb etməliyik. Əgər bu gün mən buna sussam və Nail Allahverdiyevi bağışlasam,  sabah oxşar faciə qardaşımın və ya hər hansı qohumumun başına gəlsə, o zaman özümü bağışlaya bilməyəcəm. Ona görə də Nail həbs edilməli və layiqli cəzasını çəkməlidir ki, bu digər məmur övladlarına da dərs olsun. İstəyirəm ki, dövlətimiz bu cür günahkarlara ədalətli cəza kəssinlər. Çünki ölkə başçısı da dəfələrlə məmurlara xəbərdarlıq edib ki, övladlarınızın hərəkətlərinə nəzarət edin, harınlamağına imkan verməyin və sairə. İnanıram ki, Nail Allahverdiyev də ədalətli cəzasını alacaq. Daha 4-5 ay icbari cəza çəkməklə canını qurtara bilməyəcək. Yəqin ki, atamın ölümündə təqsirli bilinən şəxslərin layiqli cəza alması ilə bağlı ölkə Prezidentinə və Mehriban xanım Əliyevaya da müraciət edəcəyik. Mehriban xanımın qəbuluna düşməyə də çalışacam. Mən təhlükəsiz həyat yaşamaq istəyirəm. Axı nə üçün hansısa qudurğan məmur övladına görə Azərbaycanı tərk etməliyəm? Bura mənim də Vətənimdir. Mən bu torpaqda doğulmuşam və burada da yaşamaq istəyirəm. Bütün bunları hörmətli Mehriban xanıma müraciətimdə də qeyd edəcəm.

Bir məsələni də qeyd edim. Bilirsiniz, hadisə yeni törədiləndə atamın meyitini bizdən gizlətmək istəyirdilər. Qəza baş verən gecəsi polis atamın ölümü ilə bağlı bizə xəbər verməmişdi. Halbuki, atamın cibində hər zaman şəxsiyyət vəsiqəsinin və əlaqə üçün telefon nömrəsi olurdu. Onu biz bilərəkdən qoyurduq ki, başına iş gəlsə, xəbər edən olsun. Ancaq həmin nömrədən bizimlə heç kəs əlaqə saxlamamışdı. Atam hər gecə evə saat 12-dən gec gəlməzdi. Hadisə gecəsi isə saat təqribən 01:00 idi, atamdan xəbər yox idi, mən evdən çıxıb parka tərəf getdim, ancaq onu tap bilmədim. Həmin gecə saat 2-3 olardı ki, mən Polis İdarəsinə müraciət etdim. İdarədə bildim ki, atam rəhmətə gedib. Bütün bunlara görə də düşünürəm ki, atamın meyitini gizlətməyə çalışacaqdılar.

“Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır”

– Nail Allahverdiyevin ailəsi tərəfindən bağışlanmaları xahiş olunsa, hansı addımı atardınız? 

– Bilirsiniz, Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır. Bunu ağlımızdan belə keçirmirik. Şükürlər olsun ki, evimiz var, birtəhər dolanırıq. Bizi maraqlandıran əsas məsələ odur ki, günahkarlar layiqli cəzasını çəksin.

– Digər valideyninizi nə vaxt itirmisiniz? 

– Bəli, anam 2015-ci ildə dünyadan köçüb. Ailədə 4 övladıq, hazırda bu evdə bir bacım, bir də mən yaşayırıq. Böyük bacım və qardaşım ailə həyatı qurublar.  27 yaşım var. Bakı Musiqi Akademiyasını bitirmişəm.
Qeyd edək ki, müsahibimiz fotolarının çəkilməsini istəmədi. Bildirdi ki, sosial şəbəkələrdə bir qrup ağzına gələni yazan var. İstəmirəm fotolarımın altına rəy yazıb ürək bulandırsınlar. Dərdimiz özümüzə bəsdir. Biz də müsahibin xahişini nəzərə alaraq üzünü çəkmədik.

Previous Post

“Atamın meyitini bizdən gizlətmək istəyirdilər” — Əli Həsənovun nəvəsinin vurduğu piyadanın oğlu ilə MÜSAHİBƏ

Next Post

Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər

Bənzər yazılar

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Next Post

Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər

Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.