Asiyanın ən varlısı ingilis dili müəllimi oldu

🗓 12.12.2014 15:46 ✍️ "Elçi" qəzeti
Asiyanın ən varlısı ingilis dili müəllimi oldu
1418373383_78826Asiyanın ən varlı insanı seçilib. Bu ada online mağaza "Ali Baba Group" şirkətinin rəhbəri Cek Ma layiq görülüb. 50 yaşında olan Cek Ma "Çunq Konq Qrupu" və "Hatçinson Whampoa" şirkətinin idarə heyətinin sədri Li Kaşini geridə qoyaraq birinci yerə yerləşməyi bacarıb. "Bloomberq" saytının reytinqində "Ali Baba Group"un təsisçisi Cek Manın sərvətinin 28,6 milliyar dollar olduğu da açıqlanıb. Bu göstərici ilə Cek Ma Li Kaşindən 300 min dollar irəlidədir. Qeyd edək ki, Cek Ma əvvəllər ingilis dili müəllimi işləyib. 1999-cu il də isə o, Xançoy şəhərin də öz şirkətini yaradıb. Hazırda isə onun sərmayəsi 259 milyard dollardır. "Ali Baba Qroup" bu göstərici ilə "Amazon” və "eBay” şirkətlərini də üstələyir.
 

Bənzər yazılar