"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Arif Hacılı iddialı danışdı: “Partiyada heç bir rəqibim yoxdur”

04 Dekabr 2014 - 18:17
in SİYASƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Kobaxidze Azərbaycana gəlir

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Müsavat Partiyasının başqanı Arif Hacılının “Qafqazinfo”ya müsahibəsiimg1695013

– Arif bəy, siz ötən gün axşam facebook profilinizdə sülh quşu şəklini paylaşdınız. Səhər isə Müsavat Partiyasının qurultayının nəticəsindən narazı olan Qubad İbadoğlu yeni birliyin yaradılmasının bəyannaməsini təqdim edir. Bununla da Müsavat Partiyasının rəsmən parçalanmasının şahidi oluruq.
 
– Siz hansı məlumatdan Müsavatın parçalanması qənaətinə gəldiniz?
– Qubad İbadoğlu Müsavat Partiyasının üzvü kimi qalmaqda davam edir. Partiya nizamnaməsində əsasən partiya üzvünün özünün ayrıca bir hərəkat yarada bilməsi nəzərdə tutulmayıb…
– Partiya nizamnaməsində partiya üzvünün hər hansı ictimai təşkilatda fəaliyyətinə məhdudiyyət qoyulması nəzərdə tutulmayıb. Müsavat Partiyası üzvləri başqa ictimai təşkilatların işində fəaliyyət göstərə bilər. Ona görə də hər hansı partiya üzvünün digər ictimai təşkilatda iştirakına Müsavat Partiyasının nizamnaməsində heç bir qadağa yoxdur.
 
– Arif bəy, siz məsələyə nə qədər belə sakit tonda yanaşsanız da, ortada açıq-aşkar partiyaya qarşı çıxanların yaratdığı hərəkat var…
– Müsavat Partiyasına qarşı fəaliyyət göstərən qüvvələr çoxdur. Mən bu təşkilatın elan etdikləri hədəflərlə tanış oldum. Təşkilatın elan etdikləri hədəflərdə Müsavat Partiyasının prinsiplərinə zidd gələn hər hansı maddəyə rast gəlmədim.
– Hər hansı ziddiyyət olmadığını qeyd edirsiniz. Belə olan halda nə ehtiyac var ki, yeni birliyə. Hər partiya üzvü hər hansı hərəkat, ya da birlik yaradacaqsa o zaman partiya üzvlüyünə ehtiyac qalırmı?
-Mən Müsavat Partiyası başqanının müavini olduğum dönəmdə həm də Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyi adlı güclü ictimai təşkilatın da sədr müavini olmuşam.partiya rəhbərliyinə daxil olan bəzi dostlarımız N!DA vətəndaş hərəkatının üzvüdür. Hesab edirəm ki, partiyanın nizamnaməsi ilə ziddiyyət təşkil etməyən hər hansı addımın atılmasına normal yanaşmaq lazımdır.Təbii ki, o qurumda təmsil olunan şəxslər partiya nizamnaməsinə uyğun olmayan fəaliyyət göstərəcəklərsə, bu məsələlələr müzakirə olunacaq.
– Sizin müavininiz Nüşabə Sadıqlı isə deyir ki, belə məsələlər nizamnamədə nəzərdə tutulmayıb. Belə olduğu halda sizin dediklərinizlə onun dedikləri arasında fikir ayrılıqları yaranır…
-Nüşabə xanım kifayət qədər təcrübəli siyasətçidir. Görünür, o hesab edir ki, belə bir birliyin yaradılmasına ehtiyac yox idi. Onun fikirlərinə hörmətlə yanaşıram.Bu, bir siyasi mövqedir. Partiyada belə mövqedə olanlar çoxdur.
-Siz ötən gün Qubad İbadoğlu ilə təkbətək görüşdünüz. Sizin üçün müzakirələrin yekunu olaraq bu addım gözlənilən idi?
– Mən görüşümüzün nəticələrindən razı qaldım. Səsləndirdiyim fikirləri anlaşılıqlı qarşılandı. Amma onun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsini oxuyub bir qədər təəccübləndim. Orada bizim görüşümüzün atmosferindən fərqli bir əhvalda olan müsahibəylə rastlaşdım. Bunun səbəblərini bilmirəm. Ancaq onu yenə yanıma dəvət edib bu məsələlərlə bağlı söhbət edəcəm. Qubad İbadoğlu partiyanın üzvüdür və partiya strukturları tərəfindən verilən tapşırıqları yerinə yetiməyə, onun fəaliyyətində iştirak etməyə hazır olduğunu bildirib.
– Qurultaydan sonra da başqan olaraq bir neçə dəfə müsavatçılarlara məlum olaylarla bağlı sülh çağırışı etmisiniz. Ötən gün də partiyaya aid olan daxili facebook qrupundan müsavatçıları iç savaşa son qoymağa səsləmisiniz. Amma həmin şəxslər də savaşın səbəbkarı kimi sizi görürlər…
– Sizdə Müsavat Partiyasının daxili qrupunda yaranan məlumatla bağlı informasiya haradandır?
“Yeni Müsavat” qəzetinin saytında artıq həmin məlumat var. Oradan tanışam.
– Mən müxalifətdaxili gərginliyi aradan qaldırmağa çalışıram. Azərbaycan hakimiyyəti mənsub olduğu çox ciddi resurslar hesabına mübarizəni demokratik düşərgənin içərisinə keçirtməyə nail olub. İstər KİV-də, istər ictimai-siyasi təşkilatlar arasında ciddi qarmaqarışıqlıqlar yaradılıb. Bəzi siyasi partiyaların da daxilində qarma-qarışıqlıq yaradılması üçün ciddi iş aparılır.
Mən demokratik düşərgə ilə avtoritar rejim arasında mübarizənin xəttini müxalifətin içərisindən çıxartmağa çalışıram. Buna nail olacağıma inanıram. Partiyanın içində mənim heç bir rəqibim, oponentim, hədəf hesab etdiyim şəxs, qrup yoxdur. Partiyanın üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Artıq partiyanın strukturlarının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görməyə başlamışıq. Bu prosesi durdurmaq mümkün olmayacaq. Biz partiyanın monolit və çevik fəaliyyət göstərən bir təşkilat kimi daha da güclənməsinə nail olacağıq. Seçkinin nəticələri ilə bağlı ortaya çıxan narazılıqlar da aradan qalxacaq.
– Partiyadan çıxanları geri qaytarmaq kimi niyyətiniz varmı?
– Bizim hədəfimiz partiyadan çıxanları geri qaytarmaq deyil. Hədəf ölkədə demokratik bir cəmiyyət qurmaqdır. Bizim hədəfimiz ərazi bütöv olan demokratik ,firavan Azərbaycandır. Bu yolda qarşımızda olan əsas baryer Azərbaycanda olan avtoritar rejimdir. Biz bu baryeri aşaraq əsas hədəfimizə doğru gedirik.
– Hədəfiniz çıxanları geri qaytarmaq deyilsə, bu şəraitdə gəlmək istəyənləri necə cəlb edəcəksiniz?
– Müsavat Partiyasında son aylarda partiyadan çıxanların sayı partiyaya daxil olanların sayından dəfələrlə azdır.
– Statistikanı açıqlaya bilərsinizmi?
– Partiyanın təşkilat şöbəsindən bu barədə ətraflı məlumat ala bilərsiniz.
– Başqan seçildikdən sonra gördüyünüz işlər nədən ibarətdir?
– Partiya strukturları formalaşır və normal fəaliyyət göstərir.Bu dövr ərzində Məclisin iki toplantısı keçirilib.Uzun fasilədən sonra nəhayət MNTK daimi fəaliyyətə başlayıb .Ölkənin 12 şəhərində 50-dən çox rayon təşkilatını əhatə edən zona müşavirələri keçirilib. Bələdiyyə seçkilərinin müşahidəsini təşkil etmək üçün ciddi hazırlıqlar görülür. Partiya strukturlarının möhkəmlənməsi, fəaliyyətin çevikliyinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
-Ölkə prezidenti çıxışlarının əksəriyyətində müxalifətin ünvanına müəyyən fikirlər səsləndirib. Son müsahibəsində isə daxildən siyasətin təftiş olunması üçün zəmin olmadığını vurğulayıb. Heç müxalifət sözünü belə dilə gətirməyib. Sizcə bu şəraiti kim yaradıb?
-İlham Əliyev nə deməsindən asılı olmayaraq Azərbaycan cəmiyyətində olan vəziyyəti çox yaxşı bilir. İdarəçilikdə avtoritar üsullardan istifadə olunması, Azərbaycanın siyasi məhbusların sayına görə dünyanın lider ölkələrindən birinə çevrilməsi, müstəqil mətbuata qarşı təzyiqlərin davam etməsi , vətəndaş cəmiyyəti sektorunun məhv edilməsi istiqamətində addımların atılması, siyasi partiyalara normal rəqabət imkanının yaradılmaması və. s amillər İlham Əlyevin və Azərbaycan hakimiyyətinin cəmiyyətdə olan qüvvələrə nisbətindən xəbərdar olması ilə bağlıdır.
Əgər hakimiyyətə qarşı mübarizə aparan real qüvvələr yoxdusa , niyə siyasi məhbusların sayına görə Azərbaycan lider ölkədir? Nədən ölkədə azad. ədalətli seçkilər keçirilmir? Nədən hətta heç bir səlahiyyəti olmayan bələdiyyə üzvlüyünə belə müxalifət nümayəndələrinin namizədliyi qeydə alınmır? Azərbaycan hətta postsovet ölkələri arasında demokratik təsisatların fəaliyyətinə daha çox təzyiq göstərməsi ilə fərqlənir.
-Müsavatçılar keçmiş başqan İsa Qəmbəri həmişə lider kimi qəbul edir və bu indi də davam edir. Müsavat Partiyasında gənclər və digər qruplar arasında hər hansı fikri ayrılığı, anlaşılmazlıq yarananda İsa bəy onları bir yerə yığıb görüşürdü. Məsələlər çox müzakirə edilmədən həll olunurdu. Amma sizin fəaliyyətinizdə belə hallar görünmür. Bir az kobud çıxsa da deyəcəm. Bu kimi məsələlərdə siz sanki İsa Qəmbərin kölgəsi altında qalırsınız…
– Mən heç vaxt İsa Qəmbərlə rəqabət aparmamışam, indi də aparmıram. Partiyada fəaliyyət göstərən şəxslərlə həmişə ciddi təmasda olmuşam. Başqan seçiləndən sonra bu təmaslarım daha da artıb. Mənimlə görüşmək istəyən partiya üzvü ilə dərhal görüşürəm. Eyni zamanda partiyanın rayon təşkilatlarının, qadınlar, gənclər təşkilatının üzvləri, sədrləri ilə təmaslarım əvvəllər olduğundan daha intensivdir.
– Elə həmin gənclər narazılığını bu şəkildə də bildirir ki, Arif bəy heç başqan otağında da otura bilməyib hələ…
– Mənim hədəfim hansısa otağı əldə etmək deyil. Özünü ciddi siyasətçi hesab edən kimsə belə bir iddia irəli sürməz.
– Siz özünüzə başqan müavinləri olaraq həbsdən olan müsavatçıları da seçdiniz. Siz həmin məhbuslara ciddi siyasi dəstək vermək üçün onları müavin seçdiniz, yoxsa mübarizəni təkmi aparmaq istəyirsiniz?
– Mənim 8 müavinim var. Onlardan beşi azadlıqda, üçü isə həbsdədır. Tofiq Yaqublu,Yadigar Sadıqov və Fərəc Kərimli kifayət qədər yetkin siyasətçilərdir. Hər üçü vicdan məhbusdur. Üçü də Saxarov mükafatı laureatıdır. Bu adamlar həm də avtoritar idarəçəliliyə qarşı prinsipial mövqeləri,mübarizədə fədakarlıqları ilə seçildikləri üçün həbsdədirlər. Onların Müsavat Başqanı müavini təyin olunması tamamilə təbiidir. Təsadüfi deyil ki, partiya Məclisinin üzvləri onların mənim tərəfimdən müavin təyin olunmasını yekdilliklə təsdiq etdilər.
– Son illərə nəzər salınanda müşahidə edirik ki, Azərbaycanda müxalifət liderləri həbs olunmur. Həbs olunanlar üzvlər, müavinlər olur. Sizcə hakimiyyət bunu niyə etmir?
– Ola bilər ki, hakimiyyət partiyaların birinci şəxsləri haqqında ehtiyatlanaraq belə qərarlar qəbul etməyib. Ancaq son zamanlar Leyla Yunus, İntiqam Əliyev kimi dünyada tanınan şəxslərin də həbs olunması onu göstərir ki, Azərbaycanda heç kəs tutduğu vəzifədən, ölkə daxilində və beynəlxalq aləmdə nüfuzundan asılı olmayaraq həbslərdən sığortalanmayıb.
– Həbsi yaşamış insan kimi sizdən soruşuram. Çox vaxt azadlıqda olan zaman bir-birləri ilə fikirləri, məqsədləri uyğun gəlməyən şəxslər həbsə düşəndə yaxınlaşırlar. Məsələn, İlqar Məmmədov həbs olumamışdan qabaq Müsavatın qərarlarına etiraz edirdi. İndi isə sakitlik var. Sizcə, həbsdə olan zaman nə dəyişir, ordakı mühit necə olur ki belə halları müşahidə edirik…
– Həbsxana həyatı asan deyil. Və orada insanların düşünmək üçün daha çox vaxtı olur. Orada insanlar bir-birləri ilə mübarizə aparmağın zərərini azadlıqda olduqları dövrdən daha yaxşı anlayırlar. Fikir fərqliliyinə gəlincə isə, demokratik cəmiyyət qurmaq istəyiriksə, fərqli düşüncəyə normal yanaşmalıyıq.
– Həbsdə olarkən hər hansı pis xəbər eşidib nəsə edə bilməmək adama necə təsir edir? Məsələn, siz ananızın ölüm xəbərini orada eşitdiniz…
– Mən bu barədə geniş danışmaq istəmirəm. Amma onu bilirəm ki, insan üçün ən ümdə dəyər azadlıqdır. Həbsxananın digər çətinlikləri, məhrumiyyətləri də var. Ancaq hər bir iradəli adam belə fiziki çətinliklərə dözüb tab gətirə bilir. Ancaq azadlığın olmaması təbii ki insan üçün ciddi problemdir.
– Hakimiyyətdəkilər qədər, müxalifət sədrlərinin də övladları həmişə gündəm də olur. Məsələn, biz keçmiş başqan İsa Qəmbərin övladlarının nə ilə məşğul olduğunu bilirik. Tofiq Yaqublunun qızlarının fəaliyyəti göz önündədir. Sizin övladlarınız barədə isə bilgimiz yoxdur…
– Mənim iki övladım var. Qızım Natəvan Xəzər universitetində ingilis dili tərcüməçisi fakültəsində təhsil alırdı.Sonuncu kursda oxuduğu zaman ABŞ-a gedərək orada təkmilləşdirmə kursunda təhsilini davam etdirib. İndi də orada həm təhsilini davam etdirir, həm də əmək fəaliyyəti ilə məşğuldur. Müsavat Partiyasının üzvüdür. Oğlum Orxan əvvəl Kıbrıs Türk Cümhuriyyətində Doğu Akdeniz universitetinə YÖS imtahanı vasitəsilə qəbul olub. Təhsil haqqının ödənməsini də özü qazanıb. Sonra o fərq imtahanını uğurla verərək Polşanın Vroslav şəhərində Politexnik Universitetinə keçdi. Bu il orada təhsilini başa vuracaq.Artıq magistraturanı da, təhsil haqqını da qazanıb, turist şirkətində fəaliyyət göstərməklə oradakı dolanışığını özü təmin edir. O da Müsavat Partiyasının üzvüdür.
 
– Elə müxalifətçilərin də övladları xaricdə oxumağa meyillidirlər. Bu nədən irəli gəlir? Çox vaxt hakimiyyət qınayır ki, müxalifətçidə pul haradandır ki, övladları xaricdə oxuyur…
– Bu Azərbaycanda olan təhsil problemləri ilə bağlıdır. Mənim oğlum Polşanın Vroslav şəhərində yataqxanada yaşayır. Onun oxuduğu fakültədə təhsil haqqı 3000 evrodur. Daha az təhsil haqqı ödənilən bir məktəbi seçib. Qiymətləri yüksək olduğu üçün təhsil haqqının bir hissəsini də universitet ödəyir. Polşada gündəlik yaşayış imkanları Bakıda olduğundan qat-qat ucuzdur.
– Müsavatçı xanımlar, gənclər hər zaman öz fəallığı ilə seçiliblər. Bunu biz mitinqlərdə də görmüşük. Eyni zamanda xanımlar gözəllikləri ilə də gündəm mövzusu olublar. Elə son olaraq Gənclər Təşkilatının sədri Səma xanım seçiləndə buna müxtəlif reaksiyalar verilmişdi. Siz isə münasibət bildirməmişdiniz. Səma xanımın fəaliyyətini necə dəyərləndirirsiniz?
– Müsavat Partiyası demokratik təşkilatdır. Azərbaycanda demokratik seçkilər keçirilən, gizli səsvermə ilə yolu ilə alternativ qaydada namizədlərin irəli sürülməsi qaydasıyla seçkilər keçirən ikinci partiya mövcud deyil. Bütün strukturlara seçkilər gizli səsvermə yolu keçirilir. Hər bir təşkilat rəhbərini özü müəyyən edir. Gənclər təşkilatı da Səma xanımı sədr seçib. Biz bu qərara hörmətlə yanaşırıq. İşə təzə başlayıblar. Müəyyən işlər görürlər. Hələlik onun sədrliyi də müvəqqətidir. Ümumi yığıncaqları keçirilməldir. Ancaq kifayət qədər çalışqan, təhsilli gənclərdir. Hesab edirəm ki, gənclər təşkilatınin güclənməsinə nail olacaqlar.
-Biz çox vaxt sosial şəbəkələrdə gedən müzakirələrdə müsavatçı ilə cəbhəçinin müzakirəsində bir- birinə qarşı nifrət hissinin olduğunu müşahidə edirik. Bu nifrətin səbəbi nədir? Belə də deyirlər ki, guya Əli Kərimli Müsavatı dağıdır…
-Sizin bu barədə fikirlərinizi bölüşmürəm.Müsavat Partiyası parçalanmayacaq. Müsavat Partiyasında seçkilərin nəticəsindən narazı olanlar var. Biz belə halın fərqindəyik. Bu məsələyə kənar müdaxilələri də izləyirik. Mən Müsavat üzvlərinin dəyanətinə inanıram. Bilirəm ki, ədalət üstün gələcək. Oyunbazlar ifşa olunacaq. Hansısa səbəblərdən yanlış mövqe tutanlar səhvlərini anlayacaq. Müsavatda parçalanma təhlükəsi yoxdur.
Onların bizə münasibətindən asılı olmayaraq Müsavat üzvlərinin hədəfi AXCP deyil. Müsavat Partiyası AXCP- yə müttəfiq münasibətlərinin qurulması ilə bağlı müraciət edib. Həmin müraciət indi də qüvvədədir. Biz hesab edirik ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət qüvvələrinin müttəfiqlik münasibətlərinin qurulmasına və ya ən azı funksional əmkadaşlığına nail olmaq çox vacibdir.  Bu istiqamətdə addımlar atmaq niyyətindəyik. Müxalifət qüvvələri arasındakı ziddiyyətlərin aradan qaldırılmasından, ən azı bu qüvvələrin fəaliyyətlərinin uzlaşdırdıqdan sonra ölkədə ümumi siyasi vəziyyət dəyişməsi mümkün olacaq. Buna nail omaq üçün ciddi planlarımız var.
Bu planların həyata keçməsi istiqamətində addımlar bu gün də atılır.
Previous Post

Arif Hacılı iddialı danışdı: “Partiyada heç bir rəqibim yoxdur”

Next Post

Prezident parlamentə layihə göndərdi: KİV qanunu sərtləşir

Bənzər yazılar

Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 - 14:07

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün oktyabrın sonunda Azərbaycana...

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 - 13:51

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az-ın Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə...

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

21 Oktyabr 2026 - 12:49

Ermənistan Azərbaycan ərazisindən, o cümlədən Naxçıvandan keçməklə İrana dəmir yolu bağlantısı əldə edə bilər. Elchi.az xəbər verir ki, bunu Ermənistanın...

Mllli Məclisdə konfrans keçirilir

Mllli Məclisdə konfrans keçirilir

21 Oktyabr 2026 - 11:36

Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə konfrans keçirilir. Elchi.az xəbər verir ki, konfrans “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident...

Next Post

Prezident parlamentə layihə göndərdi: KİV qanunu sərtləşir

Prezident parlamentə layihə göndərdi: KİV qanunu sərtləşir

Son xəbərlər

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

“Barselona” bu pankarta görə UEFA-ya şikayət edəcək – Foto

21 Oktyabr 2026 - 15:16
Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08
“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

21 Oktyabr 2026 - 15:00
Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

21 Oktyabr 2026 - 14:52
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43
Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

21 Oktyabr 2026 - 14:30
Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 - 14:14
Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 - 14:07
“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 - 13:51
Bu şəxslərə pulsuz torpaq veriləcək

Bu şəxslərə pulsuz torpaq veriləcək

21 Oktyabr 2026 - 13:51
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.