Apple istifadə etdiyi yaddaş çiplərinin qiymətinin kəskin artması səbəbindən məhsul qiymətlərini artırmağa hazırlaşır. Şirkətin baş direktoru Tim Kuk qiymət artımlarının artıq “qaçılmaz” hala gəldiyini bildirib.
Elchi.az xəbər verir ki, Apple-ın vəzifədən gedən baş direktoru Tim Kuk, Wall Street Journal (WSJ) qəzetinə verdiyi müsahibədə yaddaş çipləri ilə bağlı mövcud vəziyyətin “davamsız” bir nöqtəyə çatdığını və qiymət artımlarının qaçılmaz olduğunu bildirib.
Kuk qiymət artımlarının nə vaxt qüvvəyə minəcəyi və ya hansı məhsulların əhatə olunacağı barədə ətraflı məlumat verməyib. Sentyabr ayında təqdim edilməsi gözlənilən iPhone 18 seriyasının bu artımlardan təsirlənib-təsirlənməyəcəyi də məlum deyil.
15 illik vəzifəsindən sonra sentyabr ayında vəzifəsini Con Ternusa təhvil verəcəyi gözlənilən Kuk, “İstehlakçıların cihazlara tələbatının yüksək olduğu bir vaxtda təklif kifayət deyil. Yaddaş istehsalçıları da çox əhəmiyyətli qiymət artımları həyata keçirirlər” deyib.
Şayəstə





















