Avropa Parlamenti Avropa İttifaqının Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 2023-cü il üçün 18 milyard avro kredit ayırmasını təsdiqləyib.
Elchi.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında keçirilən səsvermədə 38 deputat əleyhinə 507 deputat səs verib.
Avropa Birliyinin (Aİ) aylıq 1,5 milyard avroluq hissələrlə verməyi planlaşdırdığı maliyyə paketi, 2023-cü ildə Ukraynanın ehtiyac duyduğu aylıq 3-4 milyard avro fondun az qala yarısını ödəməyi hədəfləyir.
Maliyyə yardımı ilk növbədə xəstəxana və məktəblər kimi ictimai xidmətlərin saxlanmasına, köçkünlərə sığınacaq verilməsinə, makroiqtisadi sabitliyin qorunmasına və Ukraynada dağılmış mülki infrastrukturun bərpasına yönəlib.
AB kreditinin Ukraynaya verilməyə başlaması üçün dekabrın 6-da üzv ölkələrin formalaşdırdığı Aİ Şurası tərəfindən yekdilliklə təsdiqlənməlidir. Kreditin 2023-cü ilin əvvəlindən veriləcəyi gözlənilir.
AP-nin verdiyi məlumata görə, 24 fevralda müharibə başlayandan bəri Aİ və ona üzv ölkələr Ukraynaya 19,7 milyard avro yardım edib.
Şayəstə