"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ankara terrorundakı “Rusiya ləpiri” aydın görünməyə başlayır…

20 Fevral 2016 - 09:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Ankara terrorundakı “Rusiya ləpiri” aydın görünməyə başlayır...Türkiyədə terror həyəcanı davam edir; Qabil Hüseynli: “Ərdoğanın Bakıya səfərinin kökündə nələrin durduğunu Rusiyadan yaxşı bilən olmazdı”…

Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada törədilən dəhşətli terror hadisəsi ətrafında hər keçən gün iddiaların sayı çoxalmağa başlayır. Artıq indiyə qədər 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı faciə ilə bağlı 17 nəfər şübhəli şəxs qismində saxlanılıb. Qarşıdakı günlərdə saxlanılanların sayının artacağı istisna olunmur.
 
 
Türkiyənin baş naziri Əhməd Davudoğlu terrorla bağlı heç kimin göz yaşına rəhm edilməyəcəyini, günahkarların ciddi cəzalandırılacağını bəyan edib: “Ankarada 28 vətəndaşımızı itirdiyimiz terror aksiyası bütün Türkiyəyə, qardaşlığımıza yönəlib. Terroru həyata keçirən YPG bölücü terror təşkilatının bir qoludur, birlikdə hərəkət edirlər. Türkiyə bütövdür, 78 milyon bu çətinliyi də dəf edəcək gücə və qüdrətə sahibdir. Biz burdayıq, bu torpaqlardayıq, əbədi olaraq da burada qalacağıq”.
Qardaş ölkə Ankara faciəsinin fəsadlarını aradan qaldırmamış, yeni təhlükələrlə üz-üzə qalıb. Belə ki, Diyarbəkirin Dəclə rayonunda polisin keçirdiyi əməliyyat zamanı içərisində 500 kq partlayıcı maddə olan bir avtomobil saxlanılıb. Eyni zamanda, Diyarbəkir vilayətində hərbiçilərin olduğu köhnə bina çöküb. Binada olan 9 nəfər xilas olsa da, 3 nəfərin axtarışları davam edir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Bu arada Türkiyə ordusu Diyarbəkir vilayətinin Sur qəsəbəsində antiterror əməliyyatı zamanı itki verib.
Musavat.com xəbər verir ki, qısıbıdı terrorçuların qazdığı xəndəklərin bağlanması, qurulan barrikadaların ləğv edilməsi və gizlədilən partlayıcıların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir. Əməliyyat zamanı PKK terrorçuların hücumu nəticəsində 2 əsgər və 2 polis şəhid olub.
Şırnak vilayətinin İdil qəsəbəsində isə PKK-ya qarşı əməliyyat zamanı 4 terrorçu məhv edilib.
Bütün bunlar Türkiyənin yeni faciələr yaşa biləcəyinin ilkin anonslarını verib. Qardaş ölkədə bütün təhlükəsizlik qurumları gərgin iş rejiminə keçiblər. Ankara faciəsini törədən terrorçu Salih Necarın PKK-nın Suriyadakı “PYD” və “YPG” qollarının üzvü olduğu artıq dəqiqləşib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu bunu açıq şəkildə bəyan ediblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda həmkarı Elmar Məmmədyarovla görüşü zamanı açıq şəkildə Suriyadakı PYD rəhbərinin Bəşər Əsəddən təlimat aldığını bildirib: “PYD/YPG-nin tərkibində Qəndildən gələn PKK-çılar var. Bizdə kəşfiyyat məlumatları var. PYD lideri Saleh Müslim Suriya rejimi  tərəfindən Qəndildən çağrılıb. Türkiyəyə qarşı hücumlar təşkil etmək üçün bir başa Əsədin özündən təlimat alır. Bütün sənəd və məlumatlar bizdə mövcuddur”.
 
Çavuşoğlu fevralın 19-da Tiflisdə Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşündə də açıq şəkildə bəyan edib ki, terrora baxmayaraq, Türkiyə xarici siyasətini dəyişməyəcək.
 
Qeyd edək ki, Ankara faciəsində Rusiya izi axtaranların sayı durmadan artır. Xüsusilə, Ərdoğanın Azərbaycana, eləcə də, Davudoğlunun Brüsselə səfərləri ərəfəsinə hadisənin təsadüf etməsi, belə iddiaların sayının çoxalmasına səbəb olub. Terrorçunun PKK-nın Suriya qoluna məxsus olması, terror aktının Türkiyədə Hərbi Təyyarəçilər Günü baş verməsi faciədən Rusiyanın xəbərdar olması ehtimallarını gücləndirib. Doğrudur, şimal qonşumuzun rəhbərliyi səviyyəsində terror aktı kəskin şəkildə pislənilib və qardaş ölkəyə, eləcə də, faciə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verilib. Lakin bu da Rusiyanın Ankara faciəsində əlinin olması ehtimallarını azaltmayıb. Son üç ayda Rusiya-Türkiyə münasibətlərinin kritik həddə çatmasının terrorda rus izinin axtarılmasına səbəb olduğu sirr deyil. Təsadüfi deyil ki, Ankara faciəsinin Rusiya ilə əlaqəsinin olması barədə hələ ki bir sübut yoxdur. Bəlkə də var, amma ictimaiyyət xəbərsizdir…
Amma nədən Ankara terrorunu törədilən kimi gözlərin Rusiya tərəf dikilməyi suallar doğurur.
 
Politoloq Qabil Hüseynli Ankara terrorunda Rusiyanın əlinin olmasını düşündüyünü söylədi: “Müxtəlif faktlara söykənərək bu qənaətə gəlmişəm. Bu faktlardan birincisi odur ki, Rusiya son vaxtlar hər vasitə ilə Türkiyə ilə münasibətləri gərginləşdirməyə səy göstərir. Hətta Türkiyəni hərbi qarşıdurmaya yönləndirməyə çalışır. Bu məqsədlə Rusiya müəyyən hazırlıqlar da görür. Ermənistana silah göndərilməsinin miqdarını xeyli dərəcədə artırıb. Sözün həqiqi mənasında Ermənistan silah deposuna çevrilir. Eyni zamanda, Şimali Qafqazda 5-ci ordu deyilən yeni qüvvə formalaşdırılır. Bunlar Türkiyə ilə döyüş üçün nəzərdə tutulmuş ordu hissələridir. Krımda isə Rusiyanın artıq hərbi bazası, taktiki nüvə silahları var. Sanki Rusiya yeni dünya müharibəsinə hazırlaşır. Düzdür, Türkiyə tərəfi müharibə istəmədiyini deyir. Amma bildirirəm ki, Ankara terrorunun törədilməsində dünyanın böyük güclərindən birinin əli olduğu görünür. Çox yüksək səviyyədə hazırlanmış bir terror aktıdır. Terror baş verən gün Türkiyə Hərbi Hava Qüvvələrinin bayramı hesab olunurdu. Hərbiçilərin nə zaman hadisə baş verən yerdən keçəcəyini, özü də avtomobildə olanların çoxunun yüksək rütbəli hərbiçilər olacağını yalnız güclü kəşfiyyat nəticəsində müəyyən etmək olardı. Burada kəşfiyyatın bütün növlərindən istifadə ediblər. Avtomobildəki partlayıcı maddələrə diqqət yetirsək, o qədər ağır maddənin Türkiyəyə gətirilməsi elə də asan məsələ deyil. Bunu yük maşını ilə gətirmək də mümkün deyil. Görünür, partlayıcı maddələri hissə-hissə minik maşınında gətiriblər. Hadisəni törədən terrorçunun ciddi sürətdə təlimatlandırıldığı da görünür. O kürd uzun müddət hazırlıq keçib”.
 
Politoloq terror ətrafında cərəyan edən iddialara da münasibət bildirdi: “Bu iddialar doğru yozmalardır. Ərdoğanın Bakıya səfərinin kökündə nələrin durduğunu Rusiyadan yaxşı bilən olmazdı. Rusiya yaxşı bilirdi ki, Ərdoğan Bakını Müsəlman İttifaqına qoşmağa cəhd edəcək. Üstəlik Davudoğlu da Brüsselə gedəcəkdi. Miqrasiya məsələləri müzakirə olunacaqdır. Miqrant məsələlərinin əsl səbəbkarının Rusiya olduğu birmənalı şəkildə Qərb dövlətləri tərəfindən vurğulanır. Brüsseldə Rusiyanın ciddi şəkildə tənqid ediləcəyi, ondan Suriyada hava hücumlarının dayandırılmasının tələb ediləcəyi gözlənilirdi. Burada da ən çox arqumentlərlə çıxış edəcək, Rusiyanı faktlarla ifşa edəcək şəxs Türkiyənin baş naziri idi. Ərdoğanın Bakı, Davudoğlunun Brüssel səfərinə yalnız Rusiya mane ola bilərdi. Yüksək peşəkarlıqla hazırlanan  bu əməliyyat Rusiya, istərsə də, ABŞ kimi iri dövlətlər tərəfindən təşkil oluna bilərdi”.
 
Q.Hüseynli terrorçunun YPG üzvü olmasının təsadüf olmadığını da qeyd etdi: “Terrorçunun kürd olması aşkarlanıb. Bu şəxsi xüsusi olaraq, qaçqınlarla birlikdə sərhəddən keçiriblər. Yaxşı ki, sərhəddən keçərkən, onun barmaq izləri alınıb. Buna görə onun parçalanmış bədənin hissələri əsasında şəxsiyyəti müəyyən edilib. Kürdlərin bu təşkilatlarını SSRİ dövründə ruslar yaradıblar. Onlar da maliyyələşdirirdilər”.
Onu da qeyd edək ki, Ankara terror baş verdiyi andan Türkiyə ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD-nin mövqelərini güclü artilleriya atəşinə tutub. Hazırda əməliyyatlar davam edir.
Türkiyənin bölgədə keçirdiyi əməliyyatlardan sonra ABŞ tərəfinin sərgilədiyi ikili mövqe qardaş ölkənin səbir kasasını doldurub. Ankara faciəsinə münasibət bildirən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi açıq şəkildə Türkiyədən Suriya ərazisindəki YPG düşərgələrini top atəşinə tutmağı dayandırmağı xahiş edib: “Türkiyənin dünyanın terror təhlükəsi ilə üz-üzə qalan hər hansı ölkəsi kimi xalqını hücumlardan qorumaq üçün bütün mümkün  imkanlardan istifadə etmək haqqı var. Hazırda YPG-nin Suriyada daha konstruktiv addımlar atmasını və Türkiyənin sərhədin qarşı tərəfindən top atəşlarını dayandırmasını arzulayırıq”.
C.Kirbi bildirib ki, Suriyada İŞİD-a qarşı effektli mübarizəni kürd döyüşçülər aparır. Departament sözçüsü Türkiyənin kürd döyüşçülərin ölkə sərhədlərinə yaxınlaşmasından keçirdiyi narahatlığı başa düşdüklərini diqqətə çatdırıb: “Biz kürdlərlə danışıqlar aparmağa davam edəcəyik. Suriyada kürdlərə yarım muxtariyyət verilməsini dəstəkləmirik”.
Amerikanın son günlərdəki mövqeyi Türkiyə tərəfdən birmənalı qarşılanmayıb. Prezident Ərdoğan PKK məsələsində ABŞ-ın konkret mövqe qoymasını, əks təqdirdə, Türkiyə kimi bir müttəfiqi itirəcəyinin anonsunu verib.
Ankara faciəsi ölkəmizdə də böyük hüznlə qarşılanıb. Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısına gedən vətəndaşlarımız nümayəndəliyin önünə gül-çiçək dəstələri düzürlər. Fevralın 18-də Nida Vətəndaş Hərəkatının üzvləri Türkiyənin Bakıdakı səfirliyinin önünə gələrək, qərənfil qoyublar. Gənclər bir dəqiqəlik sükutla vəfat edənlərin ruhunu yad ediblər.
Previous Post

Ankara terrorundakı “Rusiya ləpiri” aydın görünməyə başlayır…

Next Post

Bayramda neçə gün dərs olmayacaq?

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Bayramda neçə gün dərs olmayacaq?

Bayramda neçə gün dərs olmayacaq?

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.