Angela Merkel: Rusiyaya qarşı sanksiyaların tətbiqi zəruri idi
Almaniya kansleri Angela Merkel bəyan edib ki Rusiyaya qarşı sanksiyaların tətbiqi zəruri idi. “Niyyətimizin ciddiliyini tam nümayiş etdirmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etmək lazım idi”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Riqada Latviyanın baş naziri ilə görüşümdən sonra bildirib.
Merkelin sözlərinə görə, reaksiyanın verilməməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilərdi.