"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Ana dilini yaşatmaq hünəri

23 Fevral 2015 - 10:24
in KÖŞƏ YAZILARI
FacebookVatsap

İşıqlı Atalı10491284_649253638516215_7725593042219862698_n

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur.

Dil – hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Dünyada gərginliklərin artdığı bir çağda xalqların, dövlətlərin dil qoruyuculuğu məsələsində daha da bərkidiyi göz önündədir. Dil uğrunda savaş əslində ulusal müəyyənlik uğrunda savaşdır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, səviyyəsini göstərir. Ən əski çağdan bəri, yəni xalqın ilkin inancları yarandığı çağlarda dilin imkan verdiyi səviyyədə həmin özəlliklər yaşayıb, sonradan yetkinləşib, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. Qəhrəmandır dilimiz, ona görə ki, biz bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə o, ruhumuzu ölməyə qoymayıb, kamil şəkildə qoruya bilib.

Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq Türkcəmiz ölmür, itmir, varlığını qoruyub saxlayır. Orada dilimiz dövlət səviyyəsində qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. İndi Güneyimizdə yaşayan 35 milyondan çox soydaşımızın fars şovinizminin basqısı altında qalması üzündən onların ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir.

Heç bir dil özünə qapanıb qalmır. Onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Dillər bir-birindən sözlər alırlar. Tarixin çox dönəmlərində xalqların bir-birini işğal etməsi həm də bir dilin başqa dili işğal etməsinə gətirib çıxarıb. Tarixən türk qılıncının gücünü dadmış çinlilərin dilində bu gün türk sözlərimizin sayı azdır. Türklər anadangəlmə yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi gərəyincə qorumamışıq. Bu arxayınçılıq indi də bizdə qalmaqdadır.

Dili qorumaq – milləti qorumaq, eləcə də dövlətçiliyi təsdiq etməkdir. Bu gün ədəbi dilə sayğı məsələsində hələ də məsuliyyətimiz tam deyil. Bu, hər şeydən qabaq aydınlarımızdan ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Yoxsa bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də “ağ bayraq” qaldıracağıq – gerçəklik budur! Ona görə də dialektlərimizdə olan, bölgələrdə işlədilən sözlərin ümumişlək olmağa gərəklilərini seçərək onların özgə sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün ucqar kəndlərimizdə “dialekt” adıyla işlədilən türkcəmizdəki bir çox sözlərin varlığı əslində o bölgələrə “mədəni inqilabın” gedib çıxmaması ilə bağlıdır. Bunun yaxşı cəhəti ondadır ki, oralarda türkcəmiz yad sözlərə yenilməyib.

Bu gün demək olar, Azərbaycanda söz yaradıcılığı ilə məşğul olan yoxdur. Təəssüf ki, sovet dönəmindən indiyə kimi dilimizdə barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də şair və yazıçıların üzərinə atırlar. XX yüzildə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu göstərir ki, söz yaratmaq ayrıca bir hadisə kimi mütəxəssislər tərəfindən olmalıdır. “Dədə Qorqud dastanları”nda söz yaradıcılığı, əslində milli ruh qoruyuculuğu ilahi bir səviyyədə ənənələşib. Bu anlamda Azərbaycana indi aşırı təsir edən elmi-texniki inkişaf dönəmində yeni gələn termin və sözlərə qarşı mümkün qədər “çəpər çəkilməli”, onların qarşılığının tapılmasına çalışmalıyıq. Başqa bir fəlakətli hal isə Azərbaycanın şəxs adlarının çoxusunun özgə dillərdəki adlardan ibarət olmasıdır.

Sovet dönəmində yazarların dillə bağlı məsuliyyəti indikindən çox idi. Sovet dönəmi ədəbiyyatımız üçün poeziyada Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili örnək sayıla bilər. Ancaq əsərin dilinin gözəl, axıcı olması da problemin çözümü deyil. Bu, işin bir tərəfidir, biçimlə bağlıdır. Əsər daha çox məzmunla yadda qalır. Gözəl milli məzmun həm də gözəl biçim yaradır. *** Yazar xalqını umacaqsız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. Yazıçının yaradıcı müstəqilliyi mənsub olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini unutmamalıdır.

Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir. Özünü Azərbaycan yazıçısı, şairi sayan kimsə türkcəmizi incəliklərinə kimi bilməlidir. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.

Milli dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də milliliyə qarşı çevrilir. Yazıçı xalqının adından danışdığına, yazdığına əmin olmalıdır. Yazıçı ilə xalq bir-birinə mənsub olmalıdır. Özgə dildə yazıb özünü xalqdan (türkdən) saymaq – suçdur. Yaradıcılığıyla bir millətə, milli mənsubiyyəti ilə başqa bir millətə məxsus olmaq – özümlüyü, müəyyənliyi itirməkdir, öz millətini şübhə altına qoymaqdır. Yazıçının yaradıcılıq dili onun mənsub olduğu millətin dili olmalıdır.

Hər kəsin ana dili (buna “doğma dil”, “milli dil” də deyə bilərik) – mənsub olduğu millətin dilidir. Mənsub olduğu millətin dilindən başqa insanın düşündüyü, daxili nitqini qurduğu, ünsiyyət yaratdığı dili ana dili saymaq yanlışdır. Dünyada ana dilinə belə yanaşanlar da çoxalmaqdadır. Belə olduqda qəribə durum yaranır: əgər bir adam üç-beş dil bilirsə və indiki işgüzar dünyada hamısını eyni səviyyədə işlədirsə, onda həmin şəxsin üç-beş ana dili olduğunu qəbul etməliyik. Ana dili isə birdir. Çünki adamın bir anası (atası, milləti) olur. Ana dili – milli dildir, şəxsin mənsub olduğu millətin dilidir.

Gələcəkdə yığcam janrlara gərəklik artacaq. Bu mənada çağdaş yazarlar İnam Atanın (Asif Atanın) yaratdığı milli fəlsəfədən yararlanmalıdırlar: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəlliyindən, gücündən asılıdır.

Çağdaş dönəmdə yazarlarımzın yaradıcılıqda müəyyən axtarışları olsa da, ancaq oturuşmuş fərdi üslublar yoxdur, çünki indi hamı dünyaya bənzəmək istəyir. Fərdilik isə – özünə bənzəməkdir. Yarımçıq qəhrəmanlıq– qəhrəmanlıq deyil. Fərdlər müstəqil ulusal İnama, İdraka, Mənəviyyata, İradəyə yüksəlmədən ana dilinin hər anlamda qorunması mümkün olmayacaq. Belə bir Milli İnam var – Mütləqə İnam Dünyabaxışı, Fəlsəfəsi. Qəhrəman Türkcəmizin qəhrəman da qoruyucuları olmalıdır.

Previous Post

Ana dilini yaşatmaq hünəri

Next Post

İstanbulda Xocalı soyqırımını anım yürüşü

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

İstanbulda Xocalı soyqırımını anım yürüşü

Mərkəzi Bank nədən manatın devalvasiyasına qərar verdi?

Son xəbərlər

Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

05 Avqust 2026 - 11:51
MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48
Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

Tailandda matç zamanı sahəyə ildırım düşdü: Futbolçu öldü

05 Avqust 2026 - 11:42
ABŞ-da yeni epidemiya xəbərdarlığı!

ABŞ-da yeni epidemiya xəbərdarlığı!

05 Avqust 2026 - 11:34
Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

Rusiyanın Kiyevə hücumlarında 14 nəfər həlak olub

05 Avqust 2026 - 11:27
Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

Süni intellektin aldatma bacarığı yeni səviyyəyə çatdı

05 Avqust 2026 - 11:16
SpaceX raketi Aya düşəcək

SpaceX raketi Aya düşəcək

05 Avqust 2026 - 11:08
Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

Tramp: İranla danışıqlar yaxşı gedir, Hörmüz boğazı tezliklə açılacaq

05 Avqust 2026 - 10:55
Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

Nəhəng asteroid 2029-cu ilin aprelində Yerin yaxınlığından keçəcək

05 Avqust 2026 - 10:47
FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

FIFA-nın növbəti prezidenti sabiq qadın futbolçu ola bilər

05 Avqust 2026 - 10:39
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Bu il 41 mindən çox uşağa görə birdəfəlik müavinət ödənilib

05 Avqust 2026 - 10:33
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollara yaxınlaşır

05 Avqust 2026 - 10:24
Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48
Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47
Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib

Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib

04 Avqust 2026 - 23:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.