ABŞ-da siklosporiya epidemiyası yayılmağa davam edir. Miçiqanda yoluxanların sayı 11.000-i keçib və epidemiya ilə bağlı ilk ölüm halları qeydə alınıb.
Elchi.az xəbər verir ki, 30 iyuldan bəri təxminən 200 nəfər xəstəxanaya yerləşdirilib və ciddi sağlamlıq problemləri olan iki nəfər siklosporiyadan ölüb. Bu ölüm halları epidemiyadan qeydə alınan ilk ölüm hallarıdır.
Epidemiya yalnız Miçiqanla məhdudlaşmır. ABŞ-ın 45 ştatında yoluxma hallarının sayı 18.000-i keçib.
Bağırsaq infeksiyalarına səbəb olan siklospora paraziti kifayət qədər yuyulmamış meyvə və tərəvəz, çirklənmiş su və nəcis istehlakı ilə ötürülə bilər. Mütəxəssislər çiy yeyilən qidaları yaxşıca yumağı və mümkün olduqda ən azı 70 dərəcə Selsi temperaturda bişirməyi tövsiyə edirlər.
Siklosporiya ishal, qarın ağrısı, iştahsızlıq, çəki itkisi və yorğunluq kimi simptomlarla özünü göstərir. Xəstəliyin özü adətən ölümcül olmasa da, zəifləmiş immunitet sistemi və ya əsas sağlamlıq problemləri olan insanlar üçün həyati təhlükə yarada bilər.
Şayəstə





















