Taylandın cənub-qərbindəki Narathiwat əyalətində keçirilən oyun zamanı meydana ildırım düşməsi nəticəsində bir futbolçu həlak olub.
Elchi.az xəbər verir ki, Tayland PBS televiziyasının məlumatına görə, “Golok FA Kuboku 2026” turnirinin yarımfinal matçı əyalətin Sungai Kolok rayonundakı Santiphap stadionunda oynanılırdı.
Oyunun əlavə vaxtında ildırım meydanın ortasına düşərək bir neçə oyunçunun huşunu itirməsinə səbəb olub.
Oyunçulara meydana daxil olan tibb briqadaları tərəfindən ilk tibbi yardım göstərilib.
Hadisədə Tayland vətəndaşı və FC Yala klubunun oyunçusu Sofvan Avae həyatını itirib, digər 9 oyunçu isə yaralanıb.
Yaralıların hamısı xəstəxanaya aparılıb.
Yala FC rəhbərliyi Avaenin ölümü ilə bağlı başsağlığı verib. Sungai Golok Polis Rəisi Thun Sirikhunt matçın güclü yağış və güclü külək altında keçirildiyini bildirib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Şayəstə





















