Rusiya ordusunun bu gecə Ukraynanın Kiyev bölgəsinə endirdiyi hava zərbələrində 14 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Ukrayna Dövlət Təcili Xidmətinin (DSNS) sosial media hesabında edilən yazılı açıqlamada Rusiyanın bu gecə Kiyev bölgəsinə hava zərbələri endirdiyi bildirilib.
Bölgədəki müxtəlif şəhər və yaşayış məntəqələrinin, xüsusən də paytaxt Kiyevin hədəf alındığı bildirilən açıqlamada, ilkin qiymətləndirmələrə görə, hücumlarda 14 nəfərin həyatını itirdiyi bildirilib.
Kiyevdə yaralananların sayı 26-ya çatdı
Kiyev meri Vitali Kliçko da sosial media hesabında verdiyi açıqlamada hücumlardan sonra başladılan axtarış-xilasetmə əməliyyatları barədə məlumat verib.
Hücumda 1 nəfərin həyatını itirdiyini xatırladan Kliçko yaralıların sayının 26-ya çatdığını bildirib.
Kliçko şəhərin yerli vaxtla saat 01:33-dən etibarən ballistik raket hücumuna məruz qaldığını bildirmişdi.
Kliçko Kiyevin iki fərqli rayonundakı bəzi anbarların zədələndiyini bildirib və əlavə edib ki, “Həmçinin, Qolosiyvski rayonunda bir biznes binasına dəyən zərbə nəticəsində ammonyak sızması baş verib. Təcili yardım qrupları ərazilərə göndərilir”.
Şayəstə





















