“Amerika qoşunları Ukraynada döyüşməyəcək”.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərinə deyib.
“Mən prezident Makronun sözlərini təhlil etməyəcəyəm. Onun mütləq fikrini bildirmək hüququ və imkanı var. Mən yalnız ABŞ prezidenti Co Baydenin adından danışa bilərəm. O, Ukraynadakı münaqişənin əvvəlindən açıq şəkildə bildirdi ki, Amerika qoşunları Ukrayna ərazisində döyüşməyəcək”, – deyə Kirbi vurğulayıb.
Kirbi iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərindən Ukraynaya qoşun göndərməyi xahiş etməyib: “Prezident Zelenski bunu tələb etmir. O, yalnız vəsait və imkanlar istəyir. O, heç vaxt xarici qoşunların ölkəsi uğrunda döyüşməsini istəməyib”, – deyə Kirbi bildirib.
Yeganə