Alzaymer xəstəliyi üçün yeni dərman TƏSDİQLƏNDİ

49

İki şirkət “Lecanemab” adlı dərmanın ilk nəticələrinin beyindəki enişi yavaşlatdığını ortaya qoyub.

Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, sınaq nəticələrinə görə, “Plasebo” qəbul edən xəstələrlə müqayisədə “Lecanemab” ilə müalicə olunan xəstələrdə Alzaymerin inkişafı 27 faiz azalıb.

Hazırlanmış dərmanın sınaqları dünya miqyasında Alzaymer xəstəliyinin birinci mərhələsi olan təxminən 1800 xəstə üzərində aparılıb. Tədqiqat zamanı xəstələrin psixi sağlamlığının yaxşılaşması müşahidə edilib.

Yeganə