"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

18 Aprel 2026 - 19:01
in XƏBƏR LENTİ
FacebookVatsap

Almatı şəhərində 17–18 aprel tarixlərində təşkil olunan ALZ II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib. Sərgidə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA), AzHealth rəqəmsal sağlamlıq turizmi şirkəti, Referans Medical Group, Bioloji Təbabət Klinikası, eləcə də tədbirin media sponsoru olan Öndər TV təmsil edib.

Bunu da oxuyun

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

Tədbirin rəsmi açılışı bir sıra nüfuzlu beynəlxalq qonaqların iştirakı ilə baş tutub. Açılış mərasimində Türkiyənin Almatı şəhərindəki Baş konsulu Tuğba Alan Özdenfedakar, ticarət attaşeləri Ekrem Alper Bozkurt, Mustafa Tuğberk Karaman və İlhan Polat, MÜSİAD Qazaxıstanın sədri Birkan Karakaş və sədr müavini Servet Yıldırım, Astana Turizm Ofisinin sədr müavini Olzhas Ibrayev, ASKON Sağlamlıq və Sağlamlıq Turizmi sektorunun sədri Serdar Kurt, Almatı Turizm Ofisinin sədri Galiya Erlavona, Almatı Sağlamlıq Turizmi Assosiasiyasının sədri Raissa Nurzhaubayeva, Azərbaycan Özəl Xəstəxanalar Assosiasiyası Birliyinin sədri Günel Əliyeva və Azərbaycan Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər.

Sərgi əsasən B2B formatında təşkil olunub. İştirakçılar arasında keçirilən işgüzar görüşlər zamanı Azərbaycanın sağlamlıq turizmi potensialı, müalicəvi turizm imkanları və rəqəmsal səhiyyə həlləri geniş şəkildə təqdim olunub. Bu görüşlər yeni biznes əlaqələrinin qurulması, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Qeyd edək ki, sərgi “ALZ International” tərəfindən təşkil olunub və Türkiyə Respublikası Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər” siyahısına daxildir. Tədbir eyni zamanda Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və İxracatçılar Birliyi kimi nüfuzlu qurumlar tərəfindən də dəstəklənir.

İki gün davam edən sərgidə MDB ölkələri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan olan aparıcı şirkət və təşkilatların nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində geniş ekspozisiya təşkil olunaraq, səhiyyə və tibbi turizm sahəsində innovativ xidmətlər nümayiş etdirilib.

Tədbir zamanı Azərbaycanın müalicəvi turizm imkanlarına xüsusi diqqət yetirilib. Naxçıvanda yerləşən Duzdağ müalicə mərkəzi, Naftalan nefti ilə müalicə imkanları, Şabran bölgəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm potensialı iştirakçılara ətraflı şəkildə təqdim olunub.

Sərgi çərçivəsində mühüm hadisələrdən biri də ALZ Group, AHTTSA və AzHealth arasında üçtərəfli uzunmüddətli əməkdaşlıq memorandumu imzalanması olub. Bu əməkdaşlıq gələcəkdə beynəlxalq səhiyyə turizmi sahəsində birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Bununla yanaşı, Azərbaycan milli stendində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar təqdim olunub və iştirakçılara ikram edilib. Bu addım ölkənin milli brendinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Ümumilikdə, Azərbaycanın sərgidə fəal iştirakı ölkənin sağlamlıq turizmi sahəsində beynəlxalq mövqeyinin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və milli potensialın xarici bazarlarda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.










Previous Post

Türkiyə ABŞ-nin NATO-dan çıxmasını Avropa ilə müzakirə edir

Next Post

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb

Bənzər yazılar

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

19 Avqust 2026 - 13:37

Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki...

“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

19 Avqust 2026 - 13:35

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun illik iş proqramının bir hissəsi olaraq "Mərkəzi Azəri" platformasında bu...

ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

19 Avqust 2026 - 13:33

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Üzeyir Hacıbəyli" quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb. Elchi.az  ASCO-ya...

Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

19 Avqust 2026 - 13:30

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsir mübadiləsi aparıb. Elchi.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə...

Next Post
Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb

Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Boşanmaların ən yüksək olduğu RAYON

Boşanmaların ən yüksək olduğu RAYON

19 Avqust 2026 - 14:44
Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ – Hər addımınız izlənəcək!

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ – Hər addımınız izlənəcək!

19 Avqust 2026 - 14:30
Azərbaycanda sel XƏBƏRDARLIĞI

Azərbaycanda sel XƏBƏRDARLIĞI

19 Avqust 2026 - 14:14
Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

19 Avqust 2026 - 14:00
Sabah Azərbaycana dolu düşəcək

Sabah Azərbaycana dolu düşəcək

19 Avqust 2026 - 13:48
Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

19 Avqust 2026 - 13:37
“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

“Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

19 Avqust 2026 - 13:35
ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

ASCO-nun “Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

19 Avqust 2026 - 13:33
Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Rusiya və Ukrayna “103-ün 103-ə” formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

19 Avqust 2026 - 13:30
Bakıda 39 094 uşaq I sinfə qəbula yazılıb

Bakıda 39 094 uşaq I sinfə qəbula yazılıb

19 Avqust 2026 - 13:16
İran ABŞ rəhbərliyini təlxək adlandırdı

İran ABŞ rəhbərliyini təlxək adlandırdı

19 Avqust 2026 - 13:00
Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

19 Avqust 2026 - 12:45
Sabah 40 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

19 Avqust 2026 - 12:30
Qurban Qurbanov: Həmin stadionda xoş xatirəmiz var

Qurban Qurbanov: Həmin stadionda xoş xatirəmiz var

19 Avqust 2026 - 12:18
Qərbi Nil virusunun Yunanıstanda yayılması genişlənir

Qərbi Nil virusunun Yunanıstanda yayılması genişlənir

19 Avqust 2026 - 12:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.