Almaniyada Ukrayna üçün sursat təchizatı probleminin həlli yolunu tapdılar

61

Bloomberg Almaniyanın hərbi-sənaye kompleksinin bir hissəsini ABŞ-a keçirmək planlarından danışıb.
Elchi.az xəbər verir ki, Almaniyada Ukraynaya fasiləsiz silah tədarükünü təmin etmək üçün silah istehsalı müəssisələrinin bir hissəsini ABŞ-a keçirmək ideyasını nəzərdən keçirirlər. Bloomberg yazır ki, bu variant Almaniya kansleri Olaf Şolzla ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşdə nəzərdən keçiriləcək.
Nəşrin məlumatına görə, Vaşinqton Kiyevə kifayət qədər sursat verilmədiyi üçün Almaniya kanslerine təzyiq göstərəcək. Ukrayna prezidenti mütəmadi olaraq ABŞ və müttəfiqlərini kifayət qədər silah-sursat, o cümlədən Almaniya istehsalı olan texnika ilə bağlı tənqid edir.

Şayəstə