Almaniya Ukraynaya bu raketləri verməyəcək

🗓 31.05.2025 19:15 ✍️ "Elçi" qəzeti
Almaniya Ukraynaya bu raketləri verməyəcək

Almaniya Ukraynaya "Taurus" raketləri verməyəcək.

Elchi.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, Almaniyanın uzaqmənzilli raketlərinin tədarükü Almaniyanın maliyyə naziri Lars Klinqbeyl tərəfindən bloklanıb.

Qeyd edək ki, daha öncə Almaniya kansleri sözügedən raketlərin Ukraynaya verilə biləcəyini bəyan edib.

Bənzər yazılar