Almaniya kansleri Fridrix Merts bazar günü İsrailin baş naziri Benyamin Netanyahudan “Qəzzada aclıq çəkən mülki insanlara mümkün qədər tez yardım göstərməyə” çağırıb.
Elchi.az “AFP”yə istinadən xəbər verir. Almaniya hökumətinin bəyanatında Merts Qəzzada fəlakətli humanitar vəziyyətdən dərin narahatlığını ifadə edib.
Məlumata görə, o, Netanyahunu dərhal atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə çağırıb.
“Merts aclıqdan əziyyət çəkən Qəzzanın mülki əhalisini təcili ehtiyac duyulan humanitar yardımla təmin etməyə çağırıb. Bu yardım mülki əhaliyə tez, təhlükəsiz və lazımi miqdarda çatdırılmalıdır”, – Almaniya hökumətinin bəyanatında deyilir.
Yeganə


















