“Almaniya İT mütəxəssislərinin Hindistandan viza almasını asanlaşdırmaq istəyir”-Şolz

69

Almaniya kansleri Olaf Şolz bildirib ki, onun hökuməti Hindistandan olan İT mütəxəssislərinin Almaniyada viza almasını asanlaşdırmaq istəyir, çünki ölkədə ixtisaslı işçi çatışmazlığı var.

Elchi.az bu barədə “Associated Press”-ə istinadən xəbər verir.

Şolzun ​​sözlərinə görə, Almaniyanı proqram təminatı tərtibatçıları və İT bacarıqları olanlar üçün daha cəlbedici etmək üçün qanunvericilik bazasını təkmilləşdirmək onun hökumətinin bu il prioritet məsələsidir.

“Biz vizaların verilməsini sadələşdirmək istəyirik,” o, Hindistanın yüksək texnologiyalı Benqalur mərkəzinə səfəri zamanı jurnalistlərə deyib:

“Biz qanunvericiliyi modernləşdirməklə yanaşı, bütün bürokratik prosesi müasirləşdirmək istəyirik”.

Almaniyada dil bilməyən fəhlələrlə bağlı sualı cavablandıran kansler bildirib ki, ölkəyə ilk növbədə ingiliscə danışan, sonra isə alman dilini mənimsəyən insanlar gəlirsə, buna maneə yaratmaq olmaz.

Yeganə