Almaniyada daxili kəşfiyyatdan məsul olan Konstitusiyanın Mühafizəsi Bürosunun rəhbəri Tomas Haldenvanq dövlət çevrilişinə cəhd etdiklərinə görə həbs edilən İmperator Vətəndaşlarının (Reichsbürger) dövlət və demokratiya üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, bu barədə Almaniyanın ictimai televiziyası ARD-a müsahibə verən Haldenvanq çevriliş planları hazırlayan bu qrupun əsas nizamı təhdid etdiyini və bu insanlara qarşı mübarizə mesajı verdiyini bildirib.
Haldenvanq, 21.000-dən çox üzvü olan bu qrupun yüzdə 10-nun zorakılıq tərəfdarı olduğunu ifadə etdi; Onların bəzilərinin qanuni və ya qeyri-qanuni yollarla silaha sahib olduğunu qeyd edərək, məqsədlərinin bu insanları tərksilah etmək olduğunu vurğulayıb.
Həddindən artıq sağçılarla hərəkət edən İmperator Vətəndaşlarının artıq homojen bir qrup olmadığına diqqət çəkən Haldenvanq, “Fərqli qrupların bir araya gəlməsi ilə formalaşıblar. Ancaq onların bir məqsədi var: Bu dövləti məhv etmək və azad, demokratik əsas nizamımızdır”.
Şayəstə