"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Allahşükür Paşazadə: “Azərbaycanda 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir”

10 Noyabr 2015 - 11:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

Məzhəblər arasında təqvim məsələsi ilə bağlı fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur “Azərbaycanda məzhəblər arasında təqvim məsələsi ilə bağlı fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur”.

Dini Qurumlar üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib.

QMİ sədri bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni məzhəblərinin nümayəndələri yaşayır. O bildirib ki, dünyanın bir çox yerlərindən fərqli olaraq, bu məzhəblərin nümayəndələri eyni məsciddə namaz qalırlar: “Lakin iftar, imsaq kimi məsələlərlə bağlı məzhəblər arasında razılığa gəlinməsinə ehtiyac var. İnanıram ki, alimlərimizin də iştirakı ilə ümumi rəyə gələ biləcəyik. Azərbaycanın müstəqil dövlət kimi Şamaxı Astrofizika Rəsədxanası var və təqvim məsələsini özümüz təyin edəcəyik. Bu məsələdə sizin də dəstəyiniz lazımdır”.

Şeyxülislam qeyd edib ki, Azərbaycanda 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir və məzhəblər arasında yaxınlaşma üçün bu cür görüşlərin keçirilməsinə ehtiyac var: “Fikirayrılığı yaradan məsələlər barədə din adamları bir qərara gələ bilmirlər, ona görə də elmi nəticələrdən istifadə etməyə zərurət var. Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanası var və QMİ dini təqvimləri müəyyən etmək üçün bu rəsədxana ilə əlaqə saxlayır. Biz türkiyəli mütəxəssislərin də rəylərini öyrənmişik. İrandakı alimlər də bizə kömək edib. Dünən və srağagün də təqvimlərlə bağlı Şamaxı Rəsədxanasında görüşlər keçirilib”.

Görüşdə iştirak edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu məsələdə İran tərəfi öz yardımını etməyə hazırdır: “Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qirinin rəhbərlik etdiyi İran Təqvim Şurasının üzvləri bu məsələdə Azərbaycana kömək etməyə hazırdırlar. Bu işlər iki ölkə arasında münasibətlərin nə qədər dərin olduğunu göstərir”.

Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qiri və İran Təqvim Şurasının üzvü, Tehran Universitetinin müəllimi Ehsan Təvvabi də qeyd ediblər ki, onlar bu məsələdə Azərbaycanla sıx əməkdaşlıq etməyə və lazım olan kömək və dəstəyi göstərməyə hazırdırlar.

F.Ə.Qiri deyib ki, iki gün ərzində Şamaxı Rəsədxanasında Azərbaycanın din xadimləri ilə səmərəli müzakirə aparılıb: “Tehran Universitetinin Geofizika İnstitutu ölkədə dini təqvimin hazırlanması üzrə əsas qurumdur. Hazırladığımız dini təqvimlər İranda həm sünni, həm də şiə məzhəbi tərəfindən müsbət qarşılanır. İranda hər hansı şəhərdə təqvimlə bağlı anlaşılmazlıq baş verəndə o şəhərə gedirik və şəhərdəki yerli din xadimləri ilə müzakirə apararaq birgə qərara gəlirik”.

Onun sözlərinə görə, onlar Şamaxıda olarkən üç iclas keçiriblər: “İranda təqvim vaxtının hesablanması ilə bağlı meyarları təqdim etdik. Biz təqvim vaxtını müəyyən edən zaman ehtiyat vaxtını müəyyən etmirik, bunu ibadət edən insanın öhdəsinə buraxırıq. Şamaxıda ikinci iclas yeni ayın təyin edilməsi ilə bağlı idi. İclasda tərəfimizdən ən müasir texnologiya ilə yeni ayın görünməsinin təyin edilməsi barədə məlumat verildi. Biz bu məsələlərdə azərbaycanlı qardaşlarımızla əməkdaşlıq etməyə hazırıq. Azərbaycanlı həmkarlarımız da bu sahədə fəaliyyətləri ilə bağlı bizə məlumat verdilər”.

Qonaqlar QMİ sədrini bu il Tehranda keçiriləcək və təqvim məsələlərinə həsr olunacaq beynəlxalq konfransa dəvət ediblər.

Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Rəsədxana və dini təqvimin müəyyənləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: “Dini təqvimin müəyyənləşdirilməsi üçün tətbiq edilən metodlar arasında ciddi fərq yoxdur. Bizim aramızda belə görüşlər çox keçirilməlidir”.

Previous Post

Allahşükür Paşazadə: “Azərbaycanda 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir”

Next Post

“Yeni Müsavat” yırtılmış siyasət gəmiləri üçün tıxac materialı ola bilməz – müsahibə

Bənzər yazılar

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

08 Sentyabr 2026 - 15:42

“Qurumlar arasında rəqəmsal sənəd mübadiləsi hər ay təxminən 5 milyon səhifəyə qənaət etməyə imkan verir. Bu, ildə 6 mindən çox...

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33

Azərbaycan Respublikası Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı...

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın verdiyi itkilər açıqlanıb. Elchi.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş...

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Elchi.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. Konfranslarda rayon təşkilatlarının...

Next Post

“Yeni Müsavat” yırtılmış siyasət gəmiləri üçün tıxac materialı ola bilməz - müsahibə

“Yeni Müsavat” yırtılmış siyasət gəmiləri üçün tıxac materialı ola bilməz - müsahibə

Son xəbərlər

Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

Bosniya XİN-dən Serbiyaya diplomatik zərbə: 48 saat vaxt verildi

08 Sentyabr 2026 - 18:25
Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

Merkelin keçmiş hökumət təyyarəsi ABŞ-də satışa çıxarılıb

08 Sentyabr 2026 - 17:59
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi

08 Sentyabr 2026 - 17:46
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

08 Sentyabr 2026 - 17:39
Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

Rutte: Ukrayna Aİ vəsaitləri ilə “Patriot” raketləri ala biləcək

08 Sentyabr 2026 - 17:30
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi

08 Sentyabr 2026 - 17:25
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri ilə görüşüb

08 Sentyabr 2026 - 17:14
Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

Çində təbiət fəlakəti: 12 nəfər həlak oldu, 1 nəfər itkin düşüb

08 Sentyabr 2026 - 17:05
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

08 Sentyabr 2026 - 16:55
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

08 Sentyabr 2026 - 16:48
Anar Əsədli barəsində qərar verilib

Anar Əsədli barəsində qərar verilib

08 Sentyabr 2026 - 16:35
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib – VİDEO

08 Sentyabr 2026 - 16:24
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

08 Sentyabr 2026 - 16:17
Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb – VİDEO

08 Sentyabr 2026 - 16:08
“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

08 Sentyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.