"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Alexander Nevzorov: “Həyatımda gördüyüm ən cəsur əsgər azərbaycanlı idi”

30 Dekabr 2015 - 22:48
in XƏBƏR LENTİ
FacebookVatsap

Alexander NevzorovAlexander Nevzorov

“O, elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi!”

Bunu da oxuyun

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

Rusiya və Sovet telejurnalisti, sənədli filmlər rejissoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Alexander Nevzorov bugünlərdə bir müsahibə verib, müsahibəsində Dağlıq Qarabağ müharibəsi haqda xatirələrini bölüşüb.

A.Nevrozov bir neçə müharibədən keçib, yaralanıb, terrorçuların insanları azad etməsi qarşılığında könüllü əsir olub, Vilnüs, Dnestryanı və Dağlıq Qarabağda təhlükəli yerlərdən bir çox çəkilişlər aparıb, tele-verilişlər hazırlayıb.

Yeni müsahibəsində o, deyib ki, artıq çoxdandır bu və ya digər müharibədə haqlı tərəf, nahaq tərəf bölgüsü aparmaqdan imtina edib. “Belə hadisələrdə hər kəs eyni dərəcədə haqlı və haqsızdır. Əsas odur ki, bu haqlılıq və ya haqsızlıq bizim həyatımıza necə təsir göstərir.”

A.Nevzorov Qarabağ müharibəsi vaxtı Goranboydan material hazırladığı vaxtlardan danışarkən deyib:

‘Həyatımda gördüyüm ən cəsur əsgər bir azərbaycanlı idi. Onun adı Vəzir idi. Çirkli balon gödəkçəli balacaboy, balıq iyi verən bir adam idi. Adi, ağsaç bir kişi. Goranboy batalyonu uduzanda panika başlandı. Mən əsgərlərin onları cəbhədən geri aparan avtobuslara necə doluşduğunu öz gözümlə gördüm. Adamlar avtobusa oturub getmək uğrunda bir-birilə dalaşırdılar.

Birdən mən Vəziri gördüm. O, UAZ maşında oturmuşdu, adamların tərk etdiyi yerə sürürdü.

Orada dəhşətli bir cəhənnəm qarışıqlığı vardı. Yerdə təxminən 500 ölü əsgər sərilmişdi. Ermənilər hücuma keçmişdilər, hər şey titrəyir, uçub dağılırdı.

Mən o dəhşətli yerə getmək istəyən bu adamı görəndə ona sual verdim: “Dəlisən?” O, cavab verdi: “Yaralılar ordadı.” Və biz o tərəfə birlikdə getdik.

Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Məlum oldu ki, təkcə ermənilər yox, ermənilərin xeyrinə muzdla Pskov əsgərləri vuruşur azərbaycanlılara qarşı.

Vəzirin maşını zərbə aldı, biz güllələrdən yayınmaq üçün aşağı əyildik. Elə orada Pskov paraşütçüləri məni tanıyıb dedilər: “Yaxşısı budur biz tərəfə keçəsən. Bəs bu azərbaycanlını nə edək?” Mən dedim: “Buraxın getsin!”

Onlar mənimlə razılaşdılar və başqalarını xəbərdar etdilər ki, qaçan adamı güllələməsinlər. Amma Vəzir qaçmadı. Əvvəlcə o, sınıq-salxaq maşınına girib biraz oturdu, sonra silahını çıxardı, mənə tərəf çevrilib əlimi sıxdı, sonra getdi.

O, addım-addım elə gedirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi! O, öz gedişilə göstərirdi ki, heç vaxt qaçmazdı. Güllə səslərini eşidəndə də addımlarını yeyinlətmirdi. Əsgərlər səmaya atəş açırdılar.”

…Vəzir Orucov Surxay oğlunun bioqrafiyasından:

Vəzir OrucovVəzir Orucov

26 dekabr, 1956-cı ildə Tərtər rayonunda doğulub. 1949-cu ildə onun atası 150000 azərbaycanlı ilə birlikdə o zaman Ermənistan SSRİ-nin azərbaycanlılara məxsus Dərələyəz rayonundan köçürülüb.

1984-cü ildən etibarən Vəzir Orucov Arxangelskdə işləyib. 1992-ci ildə Qarabağda müharibə başlananda o, Azərbaycana qayıdıb. 4 may, 1992-ci ildən Tərtər batalyonu tərkibində vuruşub. 1 sentyabr, 1992-ci ildə Vəzir ciddi xəsarət alıb, amma iki ay sonra cəbhəyə qayıdıb.

Könüllü əsgər kimi vuruşmağa başlayıb, sonra Tərtər batalyonunun baş komandiri olub. Qarabağın Sərsəng, Çıldıran ərazilərində döyüşüb, 22 mart, 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olub.

Onun ölümündən sonra həyat yoldaşı və Yadigar adlı bir oğlu qalıb. Vəzir Orucov Şəhidlər Xiyabanında dəfn edilib.

Previous Post

Alexander Nevzorov: “Həyatımda gördüyüm ən cəsur əsgər azərbaycanlı idi”

Next Post

Şagirdlərin nəzərinə – İmtahan qaydası dəyişdi

Bənzər yazılar

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran...

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib...

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43

Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Elchi.az "Unitel"ə istinadən...

Next Post

Şagirdlərin nəzərinə - İmtahan qaydası dəyişdi

Şagirdlərin nəzərinə - İmtahan qaydası dəyişdi

Son xəbərlər

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

Nazir müavini: Milli meteoroloji müşahidə sisteminin 82 faizi avtomatlaşdırılıb

08 Sentyabr 2026 - 10:54
ATƏT-in sədri Azərbaycana gələcək

Küləkli havada 4 nəfər xəsarət alıb

08 Sentyabr 2026 - 10:50
Böyük Britaniya və İsrail arasında gərginlik artır

Böyük Britaniya və İsrail arasında gərginlik artır

08 Sentyabr 2026 - 10:42
İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

İran-ABŞ arasında “qadağan olunmuş zona” gərginliyi

08 Sentyabr 2026 - 10:34
Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər

08 Sentyabr 2026 - 10:26
Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə hava hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 - 10:18
Ölkə ərazisində yağış yağır və güclü külək əsir – FAKTİKİ HAVA

Bakıya aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

08 Sentyabr 2026 - 10:09
FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

08 Sentyabr 2026 - 09:57
Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir

08 Sentyabr 2026 - 09:44
Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb

08 Sentyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

08 Sentyabr 2026 - 09:28
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

08 Sentyabr 2026 - 09:16
Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.