Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media vasitəsilə Rusiyanın gecə paytaxta hücumundan sonra iki nəfərin öldüyünü və 10 sakinin yaralandığını açıqlayıb.
Kliçko yaralılardan beşinin xəstəxanaya yerləşdirildiyini və ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
O, hücumun paytaxtın müxtəlif yerlərində anbarlarda, ticarət binalarında, özəl məktəb kompleksində və yaşayış sahələrində yanğınlara səbəb olduğunu, eyni zamanda bir neçə binaya və nəqliyyat vasitəsinə ziyan vurduğunu qeyd edib.
Təcili yardım qruplarının və bələdiyyə işçilərinin hadisə yerində əməliyyatları davam etdirdiyini və hava hücumu xəbərdarlığının qüvvədə qaldığını bildirən Kliçko, ictimaiyyəti təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Şayəstə





















