Albaniyada Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

106

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.

Mədəniyyət Nazirliyindən Elchi.aza verilən xəbərə görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupu və rəqs proqramları, “Arşın mal alan” filminin nümayişi keçiriləcək.

Həmçinin Mədəniyyət Nazirliyi nümayəndələri və Albaniya hökuməti rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.