"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Akif Əlizadədən Prezidentə daha bir şikayət

21 May 2019 - 10:33
in MANŞET, MÖVQE
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Bunu da oxuyun

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Tramp: İran çökməkdə olan bir ölkədir

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

Bakı şəhəri,   Şərifzadə küçəsi ev 12  ünvanında AMEA – nın Aspirantlar  Yataqxanasının sakinləri  tərəfindən

ƏRİZƏ

         Cənab Prezident, Yazıb Sizi məlum edirik ki, 22 fevral 2011-ci il tarixdə AMEA-nın mərhum Prezidenti Mahmud Kərimov tərəfindən Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzillə təmin olunma və yaxud həmin Yataqxananın özəlləşdirilərək sakinlərin mülkiyyətinə verilməsi barədə rəsmi məktubla (01-3/149) Sizə müraciət edilmişdir. Bu müraciətdə həmin yataqxanada yaşayan sakinlərin ərizəsi və siyahısı da olmuşdur.

Cənab Prezident, Sizin qayğınız və tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyətinin 19 dekabr 2012-ci il tarıxli 564 saylı sərəncamı əsasında Aspirantlar yataqxanasının binasının sökülməsi, spirantlar yataqxanasının sakinlərinin həmin yataqxananın yerində və əvəzində tikiləcək binada mənzillə təmin edilməsi qərara alınmışdır.

AMEA və “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanda yerləşən yataqxananın ərazisində binaların inşa edilməsi qərara alınmışdır.

AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və AMEA-da işləyən, yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA-da işləyən, habelə yataqxanada qeydiyyatı olub yaşayan, lakin AMEA-da işləməyən şəxslər kateqoriyasından olan vətəndaşların yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmamaları araşdırılmışdır. “Evrostroy-S” MMC tərəfindən hazırki vaxta qədər AMEA ümumi sahələrinin cəmi 6342 m2 olan 74 mənzil ayrılmış və qalan mənzillərin isə yaxın vaxtlarda ayrılmasına zəmanət verilmişdir.

Bundan əlavə AMEA-nın  prezidentinin Azərbaycan Respublikası Prezidentinə müraciətini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının AMEA-nın prezidentinə göndərdiyi 07 aprel 2014-cü il tarixli 7-1132/17 nömrəli və “Evrostroy-S” MMC-nin direktoruna göndərdiyi 07 aprel 2014-ci il tarıxli

7-1404/17 məktublarında, Bakı şəhəri, Yasamal rayonu,Şərifzadə 12 ünvanda “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalardan BŞİH-ə ayrılması nəzərdə tutulan mənzillərin də AMEA-ya ayrılması bildirilmişdir.

         AMEA-nın Rəyasət Heyətinin 16 may 2017-ci il tarixli arayışının (Arayış ərizəyə əlavə edilir) 1-ci bəndində AMEA-da mənzillərin bölüşdürülməsi komissiyasının yaradılması qərara alınır. 2-ci bənddə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanda “Evrostroy-S” MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillər ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verılsin. Bu kateqoriyadan olan elmlər doktorlarına 2 otaqlı, fəlsəfə doktorları və digər əməkdaşlara isə ailə üzvlərinin sayından asılı olaraq mənzil sahəsinin ayrılması məqsədə müvafiq hesab edilsin.

         5-ci bənddə göstərilir ki, yeni binada mənzil almış AMEA əməkdaşlarına bildirilsin ki, mənzillərin açarlarını aldığı gündən etibarən 5 ay müddətində yaşayış şəraiti yaradaraq həmin mənzilə köçsünlər və həmin yataqxanadakı otaqlarını boşaldaraq yataqxananın komendantına təhvil versinlər. Əks halda həmin ailəyə mənzil ayrılması barədə qərar ləğv edilsin və həmin otaqlar AMEA-nın digər əməkdaşlarının ailələrinə təklif edilsin.

          Çox təəsüf ki, Aspirantlar yataqxanasının komendantının, AMEA-nın işlər idarəsinin müdir müavini Sərdar Əliyevin  “qayğıkeşliyi” və “humanizmi” sayəsində xeyli sayda ev alanlar 1,5 ildirki yataqxanada yaşayırlar. Sultanova Rəna yeni binada iki otaqlı mənzil almasına baxmayaraq ruhi xəstə olan qardaşı Teymuru yataqxananın bir otağında saxlayır. Halbuki, kirayədə yaşayan xeyli sayda AMEA əməkdaşı var.

Ulu öndərimiz Heydər Əliyev həmişə  elmlə təhsilin inteqrasiyasına böyük önəm vermiş, elm adamlarına diqqət və qayğısını əsirgəməmişdir. Ümummilli liderimizin yolunu ləyaqətlə davam etdirən Siz, hörmətli Prezidentimiz və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan aliminə, elminə hərtərəfli qayğınızı Azərbaycan dövlətinə, xalqına xidmətinizin prioritet istiqaməti kimi qəbul edirsiniz. 

13.06.2017-ci il tarixində püşkatma nəticəsində Şərifzadə küçəsi 12 ünvanında, qaldiğımız Aspirantlar yataqxanasının yaxınlığındakı binada V blokda  mənzillər verildi.  Mənzil alanlar  lazımi sənədə imza atdılar. Hətta şəffaflıq naminə komissiyanın katibi Sərdar Əliyev otağın nömrəsinin  də şəklini də çəkdi. Amma 06.10.2017-ci il tarixdə onlara Abşeron rayonu Masazır qəsəbəsində, Xırdalan şəhərində, Buzovna qəsəbəsində mənzillər təklif edildi. Mənzillər təmirsizdir, iki otaqlı mənzili iki ədəd bir otaqlı mənzilə ceviriblər. Heç bir sanitar-gigiyenik normalarına cavab vermir.   Masazır qəsəbəsindən, Xırdalan şəhərindən, Buzovna qəsəsbəsindən onların iş yerinə  gəlmələri üçün aylıq 250-300 manat maaş alan  akademiya əməkdaşı üçün  nə qədər  çətin  olduğunu yəqin ki, bu oyunu bizim başımıza açan AMEA rəhbərliyi dərk edə bilməz. “ Toxun acdan  nə xəbəri.”  

Püşkatma nəticəsində mənzil sahibi olmuş, sonradan mənzilləri əllərindən alınaraq Abşeron rayonu  Masazır qəsəbəsinə, Xırdalan şəhərinə, Buzovna qəsəbəsinə göndərilmiş  sakinlər  AMEA-nın mənzil bölüşdürülməsi komissiyasının katibi  Sərdar Əliyevə öz iradlarını bildirdikdə o, onların elmi dərəcələrinin olmadığını bəhanə gətirdi. Sərdar Əliyev yaddaşını təzələsə bilər ki,   kənarda mənzil verilən sakinlərin 3 sakin Fəlsəfə elmləri doktor,1 sakin  Elmlər doktoru yalnız 3 sakin elmi dərəcəsi yoxdur. Halbuki, Cənab Prezident Sizin bu ünvanda mənzil tikintisi ilə bağlı göstərişiniz  AMEA – nın əməkdaşlarını və yataqxana sakinlərini nəzərdə tuturdu.  Yaşadığımız ünvanda mənzil verilənlərin içərisində elmi dərəcəsi olmayanlar da vardır. Sərdar Əliyevə bunları irad tutduqda adı yuxarıda çəkilənlərə mənzillərin Akif  Əlizadə tərəfindən bağışlandığını bildirir. Bəs kənardan gələn  yataqxanaya heç bir aidiyyatı olmayan, kənarda evləri olan 17  şəxsə  mənzilləri kim “hədiyyə” edib?

AMEA vitse-prezidenti İbrahim Quliyevin sədrlik etdiyi mənzil  Bölgü komissiyasının fəaliyyətində saysız-hesabsız qanunsuzluqlar olmuşdur. Belə ki, AMEA-nın  əməkdaşı olan Elmlər Doktoru və Fəlsəfə doktorlarını  uzun sürən danışıqlardan sonra  Buzovna qəsəbəsində  mənzil  verildiyi halda, elmdən xəbəri olmayan, iki nəfərdən ibarət ailə üzvü olan, kitabsatan  Nazim  Hacıyevə 96 kv. mənzil vermişlər. Sərdar  Əliyev  mənzil bölgüsünün ədalətli, şəffaf keçirilməsi üçün Ombudsman Aparatından, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən nümayəndələr dəvət edildiyini bildirir. Lakin Rusiya vətəndaşı, Dubna Nüvə  Tədqiqatları Mərkəzinin əməkdaşı, 15 ildən artıq Azərbaycanda yaşamayan  Əhmədov  Azad     İnşallah oğluna  AMEA əməkdaşı kimi mənzil vermişlər. Əhmədov Azad İnşallah oğlu   Dubna Nüvə Tədqiqatları  Mərkəzində  Fiziki  Hissəciklər  Laboratoriyasında işləyir,  iş telefon nömrəsi  62925- dir. Uzun illər Aspirantlar yataqxanasındakı 96 saylı otaqda onun qohumlarını   komendant  Azər  Quliyev nəyin müqabilində saxlamışdır. Yeni tikilən binadakı  mənzildə  isə indi Əhmədov Azadın bacısı oğlu yaşayır.

.

Kənardan nəzarətçilərin olduğu bölgüdə  belə biabırçılıqlar  baş verirsə, başqa vaxtı görün nə oyunlar gedir. Akif  Əlizadə və onun ətrafı  Cənab Prezident, Sizi də, ölkə ictimaiyyətini də aldadırlar.

Sərdar Əliyevdən  13.06.2017- ci  il tarixində baş tutmuş püşkatmanın nəticələrinin bir qisminin  niyə ləğv edildiyini xəbər aldıqda o, bildirdi ki mənzil bölgüsü komissiyasının tərkibi dəyişdirilib.

Sual olunur:  İsa Alıyev və bir neçə nəfər üzvlükdən çıxarılır, ancaqç çirkin oyunun ssenarisini yazan, mahir dələduz Fətəli Abdullayev,  Habil Qurbanov,Sərdar Əliyev, Rasim Ağasiyev, Sitarə Bağırova, onların sədaqətli tərəfdaşı, komendant Azər  Quliyev yerində qalırlar. Çox maraqlıdır ki, 13.06.2017-ci il tarixində keçirilmiş  püşkatmanın protokolu ləğv edilir. Lakin ləğv edilmiş protokol püşkatmada  iştirak edən 54 AMEA əməkdaşının  25 nəfərinə şamil olunur. Başqa sözlə püşkatmada onlara düşmüş mənzillər əllərindən alınır. Bu saxtakar əməliyyatda fəallıq göstərən komissiya üzvlərini mükafatlandırmaqdan  da çəkinmirlər. Kmissiya üzvlərinin bu çirkin, haram mənzil  alqı- satqısındakı  canfəşanlıqlarını, fədakarlıqlarını  onların ağaları – Akif Əlizadə, Fətəli  Abdullayev, İbrahim Quliyev, Sərdar Əliyev yüksək qiymətləndirərək   Məmmədov Faiq Məmmədağa oğluna  yeni tikilən binada  2 otaqlı mənzil  “hədiyyə” etmişdilər.

Cənab Prezident, biz bildiyimizə görə ölkəmizdə vətəndaşləra mənzil bağışlamaq səlahiyyəti ancaq  Sizə məxsusdur. Bəlkə, Akif Əlizadənin könlündən ölkə Prezidenti olmaq  arzusu keçir. Sizin  etimad göstərərək  YAP –ın sədr  müavini təyin etməyinizdən  Akif Əlizadə şəxsi məqsədləri, ətrafındakı dələduzlara himayədarliq etmək, yataqxana sakinlərinin mənzillərinin mənimsənilməsi üçün istifadə etmisdir. AMEA-nın işlər idarəsinin müdir müavini  Sərdar Əliyevə respublika orqanlarına  şikayət edəcəyimizi bildirdikdə onun heç kimdən qorxmadığını, arxasında Akif   Əlizadənin, Fətəli  Abdullayevin dayandığını, şikayət edəcəyimiz məmurların Azərbaycanın, dünyanın müxtəlif guşələrində villalarının olduğunu bildirir. Hətta “evi onlardan istəyin öz evlərindən sizə hədiyyə etsinlər” ifadəsini də çəkinmədən kinayə ilə  qeyd  edir.

Cənab Prezident, Akif  Əlizadə, İbrahim Quliyev, Fətəli Abdullayev, Sərdar Əliyev, Azər Quliyev,  “Evrostroy-S” MMC – nin direktoru Seymur İsayev kimi nəfsinin qulu olan adamlar vətəndaşları hakimiyyətdən narazı salırlar.

         AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən 1-ci və 2-ci bloklar  Aspirantlar yataqxanasında yaşayan sakinlər üçün nəzərdə tutulmuşdur. Lakin AMEA-nın rəhbərliyi –Akif Əlizadə, Mənzil bölgü komissiyasının sədri  İbrahim Quliyev, AMEA-nın işlər idarəsinin müdiri, Mənzil bölgü komissiyasının sədr müavini Fətəli Abdullayev, AMEA-nın işlər idarəsinin müdir müavini, Mənzil bölgü komissiyasının katibi Sərdar Əliyev və  komissiyanın digər üzvləri, “Evrostroy –S MMC” şirkətinin rəhbəri Seymur İsayev  ilə gizli şəkildə sövdələşərək həmin mənzilləri AMEA-ya dəxli olmayanlara satmışlar.  “Evrostroy-S” MMC izi itirmək üçün şirkətin adını “Sipark inşaat” adlandırmışdır. Bu şirkətin adı bir çox qalmaqallı hadisələrdə tez-tez hallanır. İnşaat pasportunda yataqxana sakinləri üçün nəzərdə tutulmuş 1-ci və 2-ci blokların  planı məktuba əlavə olunur.

         Hal- hazırda həmin mənzillərin hamısı Akif  Əlizadənin himayəsi və Fətəli Abdullayevin təşkilatçılığı ilə satılıb qurtarmışdır. Akif Əlizadə və onun dələduz komandası öz nəfslərini idarə edə bilməyərək yeni binalarda öz adlarına və qohumlarının adlarına mənzillər ələ keçirmişlər.Həmin mənzillərin sənədləri aşağıda verilmişdir. Sözügedən siyahını təqdim edirik:

1. Əlizadə Akif Ağamehti oğlu – AMEA-nın prezidenti. Aldığı mənzillər: 4-cü girişin 5-ci mərtəbəsində, sahələri 178,3 kv.m (241 saylı mənzil) və 63,4 kv.m (242 saylı mənzil), ümumi qiyməti 181 275 man. olan 2 mənzil (müqavilə №72 və 73);

2. Əlizadə Tamilla Aşum qızı – A.Əlizadənin yaxın qohumu. Aldığı mənzillər: 4-cü girişin 6-ci mərtəbəsində sahələri 178,3 kv.m (247 saylı mənzil) və 63,4 kv.m  (248 saylı mənzil), ümumi qiyməti 181 275 man. olan 2 mənzil (müqavilə №74 və 75); 

3. Quluyev İbrahim Said oğlu – AMEA-nın vitse-prezidenti, AMEA mənzil komis-siyasının sədri. Aldığı mənzil: 4-cü girişin 7-ci mərtəbəsində sahəsi 178,3 kv.m (253 saylı mənzil), qiyməti 133 725 man. olan bir mənzil (müqavilə №76).

4. Bayramova Ülviyyə Rafiq qızı. Aldığı mənzil: 4-cü girişin 8-ci mərtəbəsində sahəsi 178,3 kv.m  (259 saylı mənzil), qiyməti 133 725 man. olan bir mənzil (müqavilə №77). Deyilənə görə bu mənzili Abdullayev Fətəli (AMEA İşlər İdarəsinin müdiri, AMEA mənzil komissiyasının üzvü) alıb. 

         Burada yaşayan sakinlərin hamısı vaxtilə 15-25 il arasında AMEA-da işləmiş insanlardır. Bu sakinlər vaxtilə gənc mütəxəssis kimi mənzil növbəsində dayanıblar, onları mənzillərlə təmin etmək mümkün olmadığından 2002-ci ildə onlar daimi qeydiyyata alınmış və yaşadıqları mənzillərə daimi (müvəqqəti yox!) order verilib. AMEA rəhbərliyi KİV-də hər zaman qeyd edir ki guya bu yataqxanada qeyri-qanuni yşayan sakinləri qeydiyyatdan çıxarıblar.( guya iş görüblər)  Məlumat üçün bildirmək istəyirik ki, AMEA-nın  qeydiyyatdan çıxardıqları yataqxanada yaşayan sakinlər yox, yataqxanaya əlavə qeydiyyata götürülmüş insanlardır.   Bu həmin “sakinlərdir” ki, yataqxanada illərdir yaşayan sakinlərə veriləcək  mənzilləri AMEA  onlara “hədiyyə” edi. (Siyahı məktuba əlavə olunur) 

AMEA rəhbərliyinə sual olunur: Sizin mənzillərini əllərindən aldığınız və əvəzində Bakıdan kənarda, özü də daha az sahəli mənzillər verdiyiniz sakinləri hansı əsasla kənara göndərmisiniz? Onlara təklif etdiyiniz mənzillər hansı şirkətlərə məxsusdur və onların qiyməti hansı pulla ödənilib? “Qanuni” işlədiyini göstərməyə çalışan mənzil komissiyası üzvləri, 0,5 ştatla işləyən və əllərindən əvvəl verdiyiniz mənzilləri aldığınız sakinlərə sonradan hansı qanuna əsasən binaların mansardından “mənzillər” verdiniz? Sizin dediyiniz kimi Şərifzadə 12-də yalnız alimlərə ev verilib, ağ yalan danışırsıniz, orda adi işçilərə də nəyinsə “hesabına” ev vermisiniz (həmin şəxslərin adları da bizə məlumdur). Həm də Şərifzadə 12-də bir mənzili satıb kənarda o pula 4-5 mənzil alaraq sadəlöv alimləri aldadırsınız, bunu başa düşmək üçün heç də savadlı olmaq lazım deyil”.

        Mənzil hüququnun bərpa edilməsi üçün məhkəmələrə müraciət edən yataqxana sakinləri Səbayel  Rayon  Məhkəməsi – Bakı Appelyasiya Məhkəməsi – Ali  Məhkəmə arasında  ötür – ötür oyununun qurbanı olmuşlar. Həmin sakinlər 2018- ci ilin fevral ayından indiyə qədər məhkəmə instansiyaların da sürünürlər. Əllərində qanuni sənəd- sübut olmalarına baxmayaraq Akif Əlizadə şəxsi münasibətlərinə və havadarlarına güvüənərək, yataqxana sakinlərini küçələrdə qoyub.

    Cənab  Prezident, AMEA-nın Aspirantlar Yataqxanasının sakinlərinin mənzil  almaq hüquqlarının bərpasını,  eyni zamanda məhkəmə orqanlarında da ədalətli qətnamə qəbul edilməsini nəzarətinizə qötürməyinizi Sizdən xahiş edirik

Previous Post

Akif Əlizadədən Prezidentə daha bir şikayət

Next Post

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb

Bənzər yazılar

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42

ABŞ prezidenti Donald Tramp İranın "dağılan ölkə" olduğunu iddia etdi. Elchi.az xəbər verir ki, Tramp sosial media hesabında İran haqqında paylaşımlar etdi....

Zaxarova Zelenskinin yalanlarından danışdı

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

28 Avqust 2026 - 10:20

Rusiya, Britaniyanın Ukraynaya dəstəyi səbəbindən Britaniya hərbi hədəflərinə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib. Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin...

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun...

Next Post
Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb

Son xəbərlər

İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.