Avropa Komissiyası Kaya Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bəzi funksiyalarını digər qurumlara ötürmək məqsədilə onun yenidən təşkili üzrə planlar hazırlayır.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
Hesabatda qeyd olunur ki, yüksək vəzifəli şəxslər Avropa Xarici Fəaliyyət Xidmətinin hansı funksiyalarının Avropa Komissiyasının mövcud departamentləri tərəfindən öz üzərinə götürülə biləcəyini təhlil etməyə başlayıblar.
Yenidən təşkilatlanma planları hələ ilkin mərhələdədir və buna görə də dəyişdirilə bilər. Dəyişikliklərlə bağlı işlər oktyabr ayına nəzərdə tutulmuş Aİ liderlərinin sammitinə qədər davam edə bilər. Onların 2028–2034-cü illər üzrə Aİ büdcəsi ilə bağlı razılaşmanın bir hissəsi kimi dekabr ayında yekunlaşdırılması gözlənilir.
Nəşrin mənbələri vurğulayır ki, təşəbbüs Avropa Xarici Fəaliyyət Xidmətinin… nəhəng bir xarici siyasət idarəsi kimi Avropa Komissiyasına tam inteqrasiyasını nəzərdə tutmur; əvəzində, əməliyyat səmərəliliyini artırmaq məqsədilə xidmətin mövcud funksiyalarının müxtəlif departamentlər arasında bölüşdürülməsi planlaşdırılır.
Bildirilir ki, Kallasın rəhbərlik etdiyi qurumun kiçildilmiş versiyası Avropa Komissiyasının strukturu xaricində qalacaq və Aİ-nin sülhməramlı missiyaları, həmçinin hərbi təlimlər kimi sahələrə nəzarət edəcək.
İyun ayında “Financial Times” yazmışdı ki, Avropa İttifaqı ölkələri xarici siyasət sahəsindəki uğursuzluqlar fonunda Avropa diplomatik xidmətində köklü islahatlar aparmağı nəzərdən keçirirlər.
Yeganə





















