"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Sentyabrda bu ərzaqlar bahalaşa bilər – SİYAHI

02 Sentyabr 2026 - 15:53
in İQTİSADİYYAT
FacebookVatsap

Ərzaq bazarında qiymət artımı yenidən gündəmdədir. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların bazara çıxışında və tədarükündə yaranan dəyişikliklər, idxal xərcləri və istehsal maya dəyərinin artması qiymətlərə təsir edən əsas amillər sırasında göstərilir.

Bunu da oxuyun

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Bəs sentyabrda hansı ərzaqların qiyməti arta bilər?

Elchi.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ərzaq bazarında qiymət artımını hər dəfə mövsümi amillərlə izah etmək doğru deyil:

“Sentyabr ayında kartof, soğan, meyvə-tərəvəz, süd məhsulları, ət, un və un məmulatlarının qiymətində artım ola bilər. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların yerli təklifi azalır və idxala ehtiyac artır.

Yanacaq, gübrə, enerji, su və logistika xərclərinin artması məhsulun maya dəyərinə təsir göstərə bilər. Lakin maya dəyərinin 10 faiz artdığı halda pərakəndə qiymətin 20-30 faiz yüksəlməsi avtomatik şəkildə əsaslandırıla bilməz. Dövlət yalnız qiymət artımını müşahidə etməməli, bahalaşmanın hansı mərhələdə və hansı səbəbdən yarandığını müəyyənləşdirməlidir”.

Asif İbrahimovun sözlərinə görə, fermer məhsulunu aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu dəfələrlə baha alırsa, burada qiymət zəncirinin şəffaflığı məsələsi ortaya çıxır:

“Məhsulun tarladan mağazaya qədər keçdiyi bütün mərhələlərdə yaranan xərc və marjalar müəyyən edilməlidir. Fermerin də, istehlakçının da uduzduğu, vasitəçilik zəncirinin isə böyüdüyü sistem sağlam bazar hesab oluna bilməz.

Dövlət hansı məhsul üzrə nə qədər idxala ehtiyac yaranacağını əvvəlcədən hesablamalı, daxili istehsalı planlaşdırmalı, saxlama imkanlarını genişləndirməli və strateji ehtiyatlar formalaşdırmalıdır”.

İqtisadçı hesab edir ki, problemin kökündə daha fundamental məsələ – iqtisadiyyatın idxal və istehlakdan yüksək asılılığı dayanır:

“Yüksək məhsuldarlıq, yerli emal və rəqabətli istehsal təmin edilmədikcə xarici bazarlardakı dəyişikliklərin ərzaq qiymətlərinə təsiri yüksək olacaq. Dövlət yalnız subsidiya ayırmaqla kifayətlənməməli, bu vəsaitin hansı nəticəni yaratdığını da tələb etməlidir. Subsidiyalar məhsulun həcminə deyil, məhsuldarlığa, texnologiyaya, suya qənaətə, emala və ixrac imkanlarına bağlanmalıdır. Hər bir strateji ərzaq məhsulu üzrə 12 aylıq tələb-təklif balansı hazırlanmalı, istehsal, istehlak, idxal, anbar ehtiyatları və qiymətlər vahid rəqəmsal platformada izlənilməlidir. Aidiyyəti qurumların məlumatları bir sistemdə birləşdirilməli, ehtiyatlar kritik həddə yaxınlaşdıqda qabaqlayıcı tədbirlər görülməlidir.

Fermerlərin bazarda daha güclü mövqeyə malik olması üçün kooperasiyaların inkişaf etdirilməsi, supermarket və emal müəssisələri ilə birbaşa müqaviləli satış imkanlarının genişləndirilməsi vacibdir. Regionlarda soyuducu anbar, çeşidləmə, qablaşdırma və emal infrastrukturu yaradılmalıdır. Fermer məhsulu yığım vaxtı ucuz satır, bir neçə ay sonra isə həmin məhsul istehlakçıya baha təklif olunursa, problemin səbəbi təkcə istehsalçıda deyil, bazar infrastrukturundadır”.

İqtisadçı aqrar kreditləşmədə də yanaşmanın dəyişdirilməli olduğunu bildirib:

“Kreditlərin müddəti real istehsal dövrünə uyğunlaşdırılmalı, güzəştli maliyyələşmə məhsuldarlığı artıran texnologiyalara, suya qənaət edən sistemlərə, müasir avadanlıqlara və emala yönəldilməlidir. Dövlət tərəfindən verilən subsidiya və kreditlərin nəticəsi ölçülməli, effektiv olmayan mexanizmlər dəyişdirilməlidir. Qiymət zəncirinin rəqəmsal monitorinqi də vacibdir. Fermerdən marketə qədər məhsulun qiyməti izlənilməli, istehsalçı, topdansatış, logistika və pərakəndə qiymətlər müqayisə edilməlidir”.

Asif İbrahimov hesab edir ki, dövlət öz fəaliyyətini konkret nəticələrlə ölçməlidir:

“Qarşıdakı illər üçün idxaldan asılılığın nə qədər azalacağı, məhsuldarlığın və fermer gəlirlərinin nə qədər artacağı, məhsul itkilərinin və istehsalçı ilə istehlakçı qiyməti arasındakı fərqin nə qədər azalacağı əvvəlcədən müəyyənləşdirilməlidir. Əks halda sentyabrda “mövsümdür”, oktyabrda “logistikadır”, noyabrda “idxaldır”, dekabrda isə “dünya bazarıdır” deyə-deyə eyni problemi izah etməyə çalışacağıq”.

Previous Post

Bloger və influenserlərlə bağlı yeni qərar verildi

Next Post

Aİ xarici siyasət xidmətini yenidən qurur: Kallasın qurumunu nə gözləyir?

Bənzər yazılar

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59

“AzerGold” QSC dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir. Bu barədə Elchi.az-a “AzerGold”dan...

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

05 Sentyabr 2026 - 11:25

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub Elchi.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,19%...

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

05 Sentyabr 2026 - 10:14

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.78...

Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

05 Sentyabr 2026 - 10:01

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 0,8% artaraq 1...

Next Post
Aİ xarici siyasət xidmətini yenidən qurur: Kallasın qurumunu nə gözləyir?

Aİ xarici siyasət xidmətini yenidən qurur: Kallasın qurumunu nə gözləyir?

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.