Aİ Ukraynanı məhv etməkdə ittiham olunur

90

İrlandiyalı Avropa Parlamentinin deputatı Mick Wallace bildirib ki, Avropa İttifaqının Ukraynaya xərclədiyi milyardlarla avro ölkənin məhvinə gətirib çıxarıb.
Elchi.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Uolles bildirib ki, Aİ hazırda Ukraynanın bərpası üçün maliyyə mexanizmini öyrənir. Eyni zamanda, o, ölkələrin Kiyevə maliyyə yardımı göstərmək üzrə hərəkətlərini ağılsızlıq adlandırıb.
“Biz sülhün qarşısını aldıq və daha çox dağıntıya töhfə verdik”-deyə bildirib.
Deputat bir qədər əvvəl Rusiya əleyhinə sanksiyaların zərərini açıqlamışdı. Onun fikrincə, məhdudiyyətlər Avropa İttifaqı vətəndaşlarına ziyan vurub.
“Aİ nə vaxt ayılacaq və Rusiyaya qarşı sanksiyaların Avropa xalqlarına Rusiyadan daha çox zərər verdiyini etiraf edəcək..? Sanksiyalar iflasa uğradı”, Uolles bildirib.
Öz növbəsində, Ukrayna Ali Radasının büdcə komitəsinin üzvü Taras Batenko Rusiyanın uzun müddətdir sanksiyalara hazırlaşmasından və onlardan yan keçməyi öyrənməsindən şikayətlənib.

Nuranə Məmmədova