Avropa Komissiyası Avropa İttifaqı ölkələrində antisemitizmlə bağlı insidentlərin artmasını tənqid edib. Elchi.az xəbər verir ki, bu barədə AK-nin saytında yerləşdirilən məlumatda deyilir.
“Son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması tarixin qaranlıq dövrlərini xatırladan fövqəladə səviyyəyə çatıb”, – bəyanatda deyilir. AK həmçinin hesab edir ki, bu gün Avropa yəhudiləri yenidən qorxu içində yaşayırlar.
Havar Şəfiyeva