Ağdam Sənaye Parkına 50 mln. manatdan çox investisiya yatırılması nəzərdə tutulur.
Elchi.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır.
“190 ha ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 mln. manatdan çox investisiya yatırması nəzərdə tutulur. Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək”, – nazir əlavə edib.
BP Azərbaycanda yeni platformanın istifadəyə verilməsini ilin strateji uğurları sırasında göstərib
Böyük Britaniyanın BP şirkəti birinci rübdə xalis mənfəətini ötən ilin yanvar-mart ayları ilə müqayisədə 45 % azaldaraq 2,723 milyard ABŞ dollarına çatdırıb. Elchi.az bu...