Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Bu barədə Elchi.az – a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib.
“Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən edilib və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb”, – məlumatda deyilir.





















