Vaşinqtonun bu payıza qədər Kiyevə yardım göstərmək üçün kifayət qədər maliyyəsi var. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Bizim ilinin sonuna qədər Ukraynanı və onun döyüş əməliyyatlarını dəstəkləmək üçün kifayət qədər maliyyəmiz var” deyə o bildirib. Kirbi əlavə edib ki, ehtiyac yaranarsa, ABŞ administrasiyası Konqresdən əlavə vəsait axtaracaq.
Havar Şəfiyeva