ABŞ Prezidenti Cozef Bayden gələn ilin əvvəlində ikinci müddətə prezidentliyə namizədliyi ilə bağlı yekun qərarı vermək niyyətindədir.
Elchi.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə açıqlamasında təsdiqləyib.
O, brifinqdə müvafiq sualı cavablandırarkən deyib ki, dövlət başçısı seçkilərdə iştirak etmək niyyətindədir: “O bunu ailəsi ilə müzakirə edəcək və çox güman ki, gələn ilin əvvəlində qərar verəcək”.