Afinada Azərbaycan mədəniyyəti günləri keçirilir

🗓 28.09.2014 12:19 ✍️ "Elçi" qəzeti
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yunanıstanın AŞ PA-dakı nümayəndəsi Dora 84dde367f09cdfc1066b593d6cb8c121Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb
    Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib.   APA-nın Fondun saytına istinadən verdiyi məlumata görə, Afinanın “İrodio” teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib.     Konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və mədəni dairələrinin nüfuzlu şəxsləri, Afina sakinləri və turistlər iştirak ediblər.     Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir. Mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Qeyd olunub ki, tədbirin məqsədi Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşıyır.   Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, mədəni əməkdaşlığın bu əlaqələrdə xüsusi yer tutduğunu qeyd edib. Səfir Yunanıstanda ölkəmizlə bağlı dolğun məlumatın olduğunu deyərək bu tədbirin də Azərbaycanı daha yaxşı tanıtmaqda mühüm rol oynayacağını vurğulayıb, bu işə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.   Çıxışlardan sonrakı konsert proqramında əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxış edib.

1 / 8

StartStop

Bənzər yazılar