ABŞ rəhbərliyi son bir neçə ayda ABŞ-ın Ukraynaya yardımından sui-istifadə ilə bağlı 180-dən çox şikayət alıb, lakin indiyədək heç bir ciddi pozuntu aşkar etməyib. Elchi.az bu barədə TASS – a istinadən xəbər verir.
Ekspertlərin fikrincə, idarələr Kiyevə ayrılan pulların istifadəsinə nəzarət edirlər. Yanvar ayında xərcləmə pozuntularından anonim şəkildə şikayət edə biləcəyiniz qaynar xətt qurublar. Martın 1-dək bu xəttə Ukraynaya yardımla bağlı 189 şikayət daxil olub. Bu rəqəmə Ukrayna vətəndaşlarının ölkədə mümkün pozuntularla bağlı iddiaları da daxildir.
Daha əvvəl amerikalı jurnalistlər Qərbin Ukraynaya yardımının cəbhəyə çatmadan yoxa çıxması və onu verən ölkələrin istifadəyə nəzarət edə bilməməsi haqqında film çəkiblər.
Havar Şəfiyeva