ABŞ Türkiyəyə üstünlük verdi

🗓 12.12.2014 09:45 ✍️ "Elçi" qəzeti
ABŞ Türkiyəyə üstünlük verdi
ABŞ Müdafiə Nazirliyi yeni nəsil döyüş təyyarəsi sayılan F-35 reaktivlərin mühərriklərinin Türkiyədə təmir olunacağını açıqlayıb.img1700583 Axar.az xəbər verir ki, ABŞ Hava Qüvvələrinin generalı Kris Boqdan verdiyi açıqlamada bu qərarın aylarla müzakirə olunduğunu, nəticədə Türkiyəni seçdiklərini bildirib. Onun sözlərinə görə, lazım gələrsə, İngiltərə, Norveç və Hollandiyadan da ehtiyyat hissələri gətiriləcək. Xatırladaq ki, Türkiyənin də aralarında yer aldığı 9 ölkənin ortaq konsorsiumu tərəfindən yaradılan F-35 reaktivlərinin sürəti səs sürətini üstələyir. Yeni nəsil təyyarələrinin F-16 və F-18 kimi dördüncü nəsil döyüş təyyarələrindən dörd dəfə güclü olduğu bildirilir.  

Bənzər yazılar