ABŞ yaxın vaxtlarda Suriyanın terrorizmin dövlət sponsorları siyahısından çıxarılması barədə qərarı təsdiqləyə bilər ki, bu da respublikanın iqtisadi bərpasına kömək edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Al-Monitor” Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırkı status xarici şirkətlərin Suriyaya investisiya qoyuluşunu və müəyyən kateqoriyalı malların tədarükünü əhəmiyyətli dərəcədə məhdudlaşdırır və ölkənin beynəlxalq ticarətə tam inteqrasiyası yolunda sonuncu böyük maneə olaraq qalır.
Mənbələrin məlumatına görə, Dövlət Departamenti altı ay ərzində Suriya dövləti ilə bağlı maliyyə axınlarının ətraflı yoxlanılmasını həyata keçirib. Yoxlama başa çatıb və idarədə Suriyanın siyahıdan çıxarılması məsələsində razılıq əldə olunub. “Başqa heç bir maneə yoxdur. Rubio imzasını atmalı olan sonuncu şəxsdir”, — deyə “Al-Monitor”un həmsöhbətlərindən biri bildirib.
Məryəm



















