ABŞ Rusiya kəşfiyyat xidmətinə xidmət edən casus proqram şəbəkəsinin sındırıldığını açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi sındırılmış şəbəkənin 20 illik tarixi olduğunu iddia edib.
Elchi.az xəbər verir ki, ABŞ casusluq üçün istifadə edildiyini iddia etdiyi Rusiyanın “Snake” proqram təminatı şəbəkəsini sıradan çıxarıb.
ABŞ Ədliyyə Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidməti FSB tərəfindən aktiv şəkildə istifadə edildiyi iddia edilən casus proqram şəbəkəsinin FTB-nin əməliyyatı ilə zərərsizləşdirildiyini açıqlayıb.
Medusa adlı əməliyyatda casus proqram özünə zərər verəcək şəkildə kod yazmaq üçün hazırlanmışdır.
Şayəstə Hüseynova